"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Kainat.tv-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilərək hər iki təqsirləndirilən şəxs 6 il azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı Tağı İbrahimovun vergi borcunu ödədiyi üçün 213.3-cü maddəyə xitam verilməsini, ittihamdakı digər maddələrlə hər iki təqsirləndirilənə - Tağı İbrahimova və Toğrul Rzayevə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən Tağı İbrahimova hökm oxunub
19
noyabr
16:54
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Paytaxtda partlayış baş verən ərazidə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmayıb? - MƏHKƏMƏ
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
“BAKU STEEL COMPANY”nin milyonlarla pulunu kimlər ƏLƏ KEÇİRİB? - Qalmaqallı məhkəmə BAŞLADI
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI