Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağıbəyliyə məxsus olan və Rusiyada fəaliyyət göstərən “Naxçıvan İnvest” (VÖEN- 7704448970) şirkətinin ötən il üçün maliyyə hesabatı açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, qeyri-yaşayış sahələrinin icarəsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən “Naxçıvan İnvest” şirkəti ötən ili 15 milyon 718 min rubl (326 min manat) xalis zərərlə başa vurub.
Bundan başqa, bu ilin əvvəlinə olan məlumata görə, şirkətin 188 min rubl kredit borcu da var. Məlumat üçün bildirək ki, Araz Nağıbəyli “Naxçıvan İnvest” şirkətində 50%-lik payla 2 təsisçindən biridir. Şirkətin digər təsisçisi isə Fərdi Ələkbərov adlı şəxsdir.
“Naxçıvan İnvest” 13 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınıb.
Araz Nağıbəyli və Fərdi Ələkbərov tərəfindən 14 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınan “Naxçıvan” adlı şirkət isə 2021-ci ilin sentyabr ayının 23-də ləğv olunub.
Eyni zamanda Araz Nağıbəyli və Fərdi Ələkbərov tərəfindən 25 yanvar 2022-ci ildə Moskva şəhəri, Xarkovskiy 2B ünvanında hüquqi qeydiyyata alınan “Azstroyinvest” adlı şirkət də fəaliyyət göstərir.
Araz Nağıbəyli həmçinin 2009-2013-cü illərdə fəaliyyət göstərmiş “Eqan” adlı şirkətin və 31 iyul 2023-cü ildə Moskva şəhəri Admiral Rudneva ev 4 ünvanında hüquqi qeydiyyata alınan “QK Naxiçevan” adlı şirkətin də təsisçisi olub.
Məlumat üçün qeyd edək ki, Əli Nağıyev 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini olub. 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. 2006-2011-ci illərdə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri olub.
Kainat.tv
Sabiq nazir oğlunun Moskvadakı şirkəti 16 milyon zərər edib - DETALLAR
17
noyabr
17:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
“Bank Respublika“ batır? – Vətəndaşların bankdakı pulları yox olur, hesabatlar gizlədilir…/DETALLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI