Ötən gün Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin kənd sakinləri ilə xoşagəlməz davranışı ilə bağlı video paylaşmışdıq. Həmin videoda sədrin Xanalion kənd sakinləri ilə mübahisə etdiyi, onları təhqir və təzyiqlərə məruz qoyduğu görünürdü.
Bu hadisə sosial şəbəkələrdə və yerli mətbuatda sürətlə yayıldı və rezonans doğurdu. Bələdiyyə sədrinin vətəndaşlara qarşı təhdid və şantaj dolu davranşı birmənalı qarşılanmadı.
Qeyd edək ki, Xanalion kəndinin sakinləri Sitat.info-nun redaksiyasına çoxsaylı şikayət göndəriblər. Onlar videomüraciətlər çəkərək, Rauf Cəbiyevin özbaşınalığı barəsində danışıb, məsələnin ictimailəşdirilməsini istəyiblər. Bu şikayətlərdə R.CƏbiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd edilir. Bələdiyyə sədri seçilən gündən onların problemləri ilə maraqlanmır, səsini çıxaranı isə təzyiqlərə, hədələrə məruz qoyur.
Kənd sakinlərinin etirazına səbəb olan məsələlərdən biri də iki ay öncə kəndin adının dəyişdirilməsi olub. Masallının qədim talış kəndlərindən biri olan Xanalion kəndinin adının bələdiyyə sədri tərəfindən dəyişdirilməsi insanları narazı salıb. Bələdiyyə sədri bu hərəkəti ilə sakinlərin heysiyyətinə toxunub.
Kənd sakinləri Sitat.info-ya bildiriblər ki, kəndin adı Xanaliondur, lakin dəyişdirilərək "Xanalıyan" şəklinə yazılıb: "Bu məsələ bir kəndin adı ilə bağlı sadə texniki düzəliş deyil – bu, həm dilə, həm tarixə, həm də kənd camaatının heysiyyatına açıq-aşkar hörmətsizlikdir. Belə ki, kəndin adı qəfil dəyişdirilərək “Xanalıyan” şəklində yazılıb. Artıq kəndin girişində lövhə də dəyişdirilib, əlavə iki yerə də bu lövhələr basdırılıb. Məsələ ondadır ki, kəndin adı burada ilk məskunlaşan şəxs Xanəli kişinin adı ilə bağlıdır. Talış dilində “-on” şəkilçisi çoxluq bildirərək “Xanəlilər” anlamını daşıyır. Lakin dəyişdirilərək əlavə edilən “-yan” şəkilçisi isə tamamilə başqa mənanı verir – “Xanəlinin arxası”. Bu, kəndin tarixi və mənası təhrif edilməklə yanaşı, kənd sakinlərinin heysiyyatına toxunur, onların köklərinə qarşı açıq-aşkar sayğısızlıq kimi görünür. Bundan əlavə "yan" ermənilərə məxsus şəkilçidir. Bunu kim edirsə, qəsdən edir. Dövlətimiz içimizdə olan satqınlara yerini göstərir və göstərəcək".
Qeyd edək ki, öncəki illərdə də kəndin adı "Xanalıyan" kimi yazılıb. Belə ki, ilk dəfə kəndin adını Sovet hökuməti təhrif edərək "Xanalıyan" kimi qeydə alıb. Daha sonra müstəqillik illərində sakinlər tarixi adı qaytarıb, "Xanalion" qoyublar və məktəb binasının üzərində də bu adı görmək mümkündür. Eyni zamanda "Google map"-də Xanalion kəndi olaraq yer alır. Kənd məscidinin üzərində də Xanalion məscidi yazılıb.
Adın yenidən Sovet hökumətinin qoyduğu ada, yəni erməni sonluğuna qaytarılmasında məqsəd nədir - bax buna aydınlıq gətirə bilmədik.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, bu deyilənlərə münasibət öyrənməyə çalışdıq. İcra başçısının köməkçisi Fərid Aslanlı bildirdi ki, vəziyyətdən xəbərdardırlar, lakin Rauf Cəbiyev haqda fikir bildirmək onların səlahiyyətində deyil.
"Bu məsələ ilə bağlı məlumat almaqdan ötrü Lənkəran Regional Ədliyyə idarəsinə müraciət edə bilərsiniz" - deyə Masallı Rayon İcra Hakimiyyətindən bizə bildirildi.
Sakinlərin dediklərinə görə, Rauf Cəbiyevin arxasında icra başçısı Azər Əhmədov dayanıb. Sədr icra başçısının "etimadını" qaza bilib.
Onu da qeyd edək ki, kənd sakinlərindən icra başçısı haqqında bir mənfi fikir deyən olmadı: "İcra başçımız çox mədəni, ali cənab insandır. Özü piyada kəndbəkənd gəzir, sakinlərlə görüşür. Rauf Cəbiyev kimi insanın icra başçısının ətrafında olmasını qəbul edə bilmirik. Bu insanın normal danışıq və davranışı yoxdur. Sakinləri təhqir edir, şantaj edir, çox hörmətsizlilər edir. Xahiş edirik, bu haqda ölçü götürülsün".
Kainat.tv
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
17
noyabr
17:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Kolatan Bələdiyyə sədri idarəni şəxsi şirkətinə çevirib”
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Masallı Şəhər Bələdiyyəsinin sabiq sədri talançılıq xüsusiyyəti ilə yenidən gündəmdə: Sakinlər özünə imarətlər quran Azər Baxışovun cəzalandırılmasını ciddi şəkildə tələb edirlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI