Sakinlər Masallı Şəhər Bələdiyyəsindən çox şey gözləsə də, rəhbər sarıdan bəxti gətirməyən bu bələdiyyə qurumu heç olmasa gündəlik onları narahat edən adi problemləri həll etmədi. Sanki sakinlərin sosial rifahı üçün çalışmaq anlamı da rəhbərinin xarakterinə uyğun gəlmirdi. Buna görədir ki, Azər Baxışovun sədrliyi dövründə Şəhər Bələdiyyəsi şəxsi maraqların, şok yaradan korrupsiya hallarının və talançılığın mərkəzinə çevrildi. Onda sabiq sədr ətrafına topladığı komandası ilə bərabər nə istəyirdi, onu etməkdən çəkinmirdi.
Faktlarının dəqiqliyinə şübhə etmədiyimiz Arazpress.com-un etibarlı mənbəsinin bu barədə dedikləri də sübut edir ki, Azər Baxışov rəhbərə yaraşmayan fəaliyyəti ilə yalnız Masallının inkişafını dayandırmadı, həm də illərlə toplanan dövlət vəsaitini, xalqın haqqını öz cibinə axıtdı.
“Bu gün Masallıda bir çox problem həll olunmamış qalırsa, bunun başlıca günahkarlarından biri də, Azər Baxışov kimi idarəçilərdir”, — etibarlı mənbə məlumatında xüsusi vurğulanır. Qeyd edilir ki…
Bakıdakı bahalı evlər – haradan gəlib bu sərvəti?
Masallı sakinləri illərlə yol, su, kanalizasiya, tullantıların yerbəyer olunması… kimi ciddi problemlərdən əziyyət çəkərkən, Azər Baxışovun isə ailəsinə Bakıda bir-neçə mənzil və villa aldığı barədə ciddi iddialar ortaya çıxırdı. Məlumatlara görə, sabiq sədrin paytaxtın mərkəzində dəyəri yüz minlərlə manat olan mənzilləri mövcuddur. Özü də, bəzi daşınmaz əmlakını yaxın qohum adına rəsmiləşdirib ki, diqqət çəkməsin. Hətta Bakının elit məhəllələrindən birində onun bahalı villa aldığı da iddia olunur.
Sadə sual ortaya çıxır: Bələdiyyə sədrinin maaşı ilə bu qədər sərvəti necə ələ keçirmək olar? Cavab isə aydındır – bu sərvət, bu mal-mülk xalqın cibindən oğurlanan pullar hesabına ələ keçirilib.
Əsil korrupsiya şəbəkəsi: Masallının büdcəsini necə taladılar?
Azər Baxışovun rəhbərliyi dövründə Masallı şəhərində bələdiyyənin maliyyə idarəçiliyi tamamilə qapadılıb. Büdcə vəsaitlərinin hara xərcləndiyi barədə ictimaiyyətə heç bir rəsmi hesabat təqdim edilməyib.
Əldə olunan məlumatlara əsasən:
— Torpaq satışı ən böyük gəlir mənbələrindən birinə çevrilib. Torpaqlar ucuz qiymətə qohumlara və yaxın adamlara verilib, sonra isə, dəfələrlə baha qiymətə satılıb;
— Guya, şəhərdə vaxtaşırı abadlıq və təmir işləri həyata keçirilib. Lakin bu kağız üzərində göstərilib. Real iş isə ortada yoxdur, ya yarımçıq qalıb, ya da, ümumiyyətlə, belə işlər görülməyib;
— Əksər müqavilələr saxta şirkətlər üzərindən “reallaşdırılıb”, ayrılan vəsaitlər isə geri qaytarılaraq, şəxsi hesablara köçürülüb…
Doğrudan da, bu adi korrupsiya deyil, şəbəkə halına salınmış talançılıq sisteminin qanunsuz əməlləridir.
Masallı şəhər sarıdan çox geridə qalıb, sədr zənginləşib və…
Bu bir həqiqətdir ki, Azər Baxışov bələdiyyə sədri olduğu illərdə Masallı şəhərinin inkişafı dayanıb. Yollar bərbad vəziyyətdə qalıb, bir çox küçələr yağışlar zamanı keçilməz bataqlığa çevrilib. Su-kanalizasiya sistemi yenilənməyib, nəticədə, küçələrə axan çirkab suların iyi sakinləri hədsiz dərəcədə narahat edib. Məişət tullantıları günlərlə yığılaraq, qalaqlanıb, şəhərin sanitar vəziyyəti acınacaqlı duruma düşüb.
Belə üzücü problemlər illərlə həll olunmayıb, amma eyni illərdə Azər Baxışovun şəxsi həyatı tamamilə dəyişib – bahalı maşınlar, paytaxtda komfort mənzillər, dəbdəbəli ailə həyatı və s., və i.
Bu, şəhər sakinlərini açıq-aşkar təhqir etməkdir. Axı, Masallının pulları ilə paytaxtda özünə imarətlər quran bir rəhbərin bu rayona xidmət etməsi mümkün olmazdı.
Torpaq maxinasiyaları – sakinlərin haqqı necə yeyildi?
Masallıda torpaq məsələsi həmişə hay-küylü olub. O illərdə torpağa bağlı bütün münaqişə və qalmaqallar Azər Baxışovun adına bağlı idi. Onun rəhbərliyi dövründə:
— Sadə vətəndaşlara torpaq satılarkən, məbləğlər şişirdilib, amma həmin pulların böyük hissəsi büdcəyə yox, şəxsi ciblərə gedib;
— Bir sıra strateji torpaq sahələri qohumların və yaxın adamların adlarına sənədləşdirilib. Torpaq bölgüsündə qanun tamamilə tapdanıb, nəticədə, onlarla ailə illərlə hüquqlarını bərpa etmək üçün məhkəmə qapılarında qalıb…
Bütün bunlar isə, Masallıda sosial ədalətsizliyi dərinləşdirib, xalqın dövlətə inamını sarsıdıb. Masallı üçün faciəvi nəticə odur ki, sabiq sədrin qanunsuz fəaliyyəti şəhərə illərlə bərpa olunmayacaq ziyan vurub. Əhalinin bələdiyyəyə olan etimadı tamamilə məhv edilib. Bütün bunlar rayonunun inkişafına da ciddi təsir göstərib. Həyatda geriləmə səbəbindən işsizlik günbəgün artıb və gənclər kəndləri tərk etməyə məcbur olublar.
Konkret desək, büdcədən oğurlanan pullarla bir ailənin rifahı təmin edilib, yüz minlərlə insan isə, səfalət içində qalıb. Bu, sadəcə korrupsiya deyil, xalqın xoş gələcəyinin oğurlanmasıdır.
HAŞİYƏ: Yeri gəlmişkən qeyd edək ki, doğrudan da, Azər Baxışov səs-küylü bələdiyyə sədrlərindən olub. Ölkə mətbuatında barəsində nələr yazılmayıb?
Hətta iki il öncə onun rəsmi şəkildə cəzalandırılması barədə bir xəbər də gündəmi zəbt etdi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Şəhər Bələdiyyəsinin sədri cərimələndi. Səbəb də bu idi ki, aprelin 11-də DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə Masallı şəhəri ərazisində keçirilən tədbir zamanı su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olundu.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə, Masallı Şəhər Bələdiyyəsinin sədri, şəhər sakini Azər Baxışov barəsində protokol tərtib olundu…
…Bu da yuxarıda qeyd olunanların daha bir sübutu. Belə sübutlar sabiq sədrin hesab vermək vaxtının çoxdan çatdığını deyir. Sakinlərin tələbi də qətidir: Azər Baxışovun fəaliyyəti tam şəkildə araşdırılsın, Bakıdakı evləri, villaları və digər əmlakları rəsmi şəkildə yoxlamadan keçirilsin! Talana çevrilmiş torpaq bölgüsü ilə bağlı cinayət işi açılsın və o, qanuni şəkildə məsuliyyətə cəlb olunsun.
Axı, Masallının inkişafı üçün ilk addım keçmişin səhvlərini gizlətmək yox, onları açıq şəkildə göstərib, ədaləti tam bərpa etməkdir.
Malik MİRZƏ.
araz.az xəbər portalı.
Kainat.tv
Masallı Şəhər Bələdiyyəsinin sabiq sədri talançılıq xüsusiyyəti ilə yenidən gündəmdə: Sakinlər özünə imarətlər quran Azər Baxışovun cəzalandırılmasını ciddi şəkildə tələb edirlər
19
sentyabr
11:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni YAS QAYDALARINA QƏRAR VERİLDİ: Üç, yeddi, cümə axşamları LƏĞV EDİLDİ/FOTO FOTO
Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Saxtakarlıq, qohumbazlıq, tayfabazlıq və... -FOTO
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ