“Moskva” Univermağında qızıl mağazalarında POS-terminal istifadə edilmir.
Kainat.tv xəbər verir ki, bu barədə Metbuat.az-ın qaynar xəttinə vətəndaş tərəfindən şikayət daxil olub.
Şikayətçi bildirib ki, o, alacağı qızıl məmulatının ödənişini POS-terminal vasitəsilə etmək istəsə də, satıcı ona mağazada POS-terminalın olmadığını deyib:
Ödənişi ya nağd, ya da kartdan-karta köçürmə ilə edə biləcəyimi dedilər. Həmin vitrinin yanındakı digər satıcılar da POS-terminal olmadığını bildirdilər. Əgər POS-terminal tapsalar, ödəniş məbləği nağd qiymətdən daha yüksək olacaqmış. Buna görə də almaqdan imtina etdim. Amma hansı vitrinə yaxınlaşdımsa, eyni cavabı aldım – POS-terminal yoxdur. Heç nağd qızıl alan kəslərə də çek də verilmirdi”.
Məsələ ilə bağlı “Moskva” Univermağının mətbuat xidmətinə sorğu ünvanlamışıq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiqlənmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektlərində, eləcə də rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin bütün obyektlərində POS-terminalın quraşdırılması məcburidir.
Bundan əlavə, Vergi Məcəlləsinə əsasən, POS-terminalın quraşdırılmasının məcburi olduğu obyektlərdə POS-terminalın ümumiyyətlə quraşdırılmamasına və ya POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
“Moskva” Univermağında nə POS-terminal var, nə də çek verilir
14
noyabr
16:04
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Ən gənc və ən yaşlı nazirlər onlardır - SİYAHI YAYILDI/FOTO
Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI