Metbuat.az nazirlərin yaşları ilə bağlı kiçik araşdırma edib. Məlumata görə, Azərbaycanda ən gənc nazirin 39, ən yaşlısının isə 68 yaşı var.
Nazirlər və onların yaşlarını təqdim edirik:
Müdafiə Sənayesi naziri Vüqar Mustafayev 1986-cı ildə Bakıda dünyaya gəlib. Onun 38 yaşı var.

Elm və təhsil naziri Emin Əmrullayev 30 dekabr 1982-ci il tarixində Bakıda anadan olub, 42 yaşındadır.

Mədəniyyət naziri Adil Kərimli 1979-cu ilin oktyabrın 22-də Bakıda anadan olub. 45 yaşı var.

Gənclər və İdman naziri Fərid Qayıbovun da 45 yaşı var. O, 24 aprel 1979-cu ildə Bakıda dünyaya gəlib.

Ədliyyə naziri Fərid Əhmədov 14 iyul 1978-ci ildə Bakıda anadan olub, 46 yaşındadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 45 yaşındadır. O, 1980-ci ildə Bakıda dünyaya gəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin 47 yaşı var. O, 1977-ci ilin 26 avqustunda Sumqayıtda dünyaya göz açıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı il sentyabr 19-da Bakıda anadan olub. Onun 48 yaşı var.

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov 15 sentyabr 1976-cı ildə Zəngilanda doğulub. 48 yaşı var.

Xarici işlər naziri Ceyhun Bayramov 25 iyun 1973-cü ildə Bakıda anadan olub, 51 yaşındadır.

Səhiyyə naziri Teymur Musayev 1970-ci ilin 16 sentyabrında Bakıda dünyaya gəlib. 54 yaşı var.

Energetika naziri Pərviz Şahbazov 1969-cu ilin 24 noyabrında Bakıda anadan olub, 56 yaşındadır.

Daxili işlər naziri Vilayət Eyvazov 56 yaşındadır. O, 28 iyun 1968-ci ildə Culfada doğulub.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 57 yaşındadır. O, 1967-ci il 16 oktyabr tarixində Bakıda doğulub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci ilin iyulun 15-də Naxçıvanda dünyaya gəlib. Hazırda 63 yaşı var.

Müdafiə naziri Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda dünyaya gəlib. 65 yaşı var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovdur. O, 1956-cı il noyabrın 30-da Bakıda anadan olub. Hazırda 68 yaşı var.
