Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov nazir əvəzi Rəşad İsmayılovun başinin üzərində qəribə işlər çevirir, Rəşad müəllimin isə çox güman ki, bu işlərdən xəbəri yoxdur.
Artıq Vüqar Kərimovun adı neçə illlərdir ekologiyanın "qara" işlərində tez-tez hallanır.
Belə ki, meşələrimiz artıq qlrılmaqdan tükənib.
Adları "Qırmızı Kitab"a daxil edilmiş və digər ağac cinsləri kəsilərək işlik material kimi sexlərə daşınır, dövlət meşə fondu torpaqlarının təyinatı Nazirlər Kabinetinin qərarları olmadan çöldən-çölə dəyişir,
1, 3 və 13 saylı Regional Meşə Təsərrüfatları Mərkəzlərində sahibkar və vətəndaşlar tərəfindən kənd təsərrüfatı bitkiləri (pambıq , yonca, qarpız , yemiş və s.) əkilir və qanunsuz aqrobağlar salınır, dövriyyədə olan əkinlər mühafizə olunmadığı üçün mal-qaranın tapdağı altında qalaraq məhv olur, torpaq isə deqradasiyaya uğrayır, səriştəsiz və savadsız adamlar rəhbər vəzifələrə gətirilir.
Regional Meşə Təsərrüfatları Mərkəzlərində lap qədimdən, Regional Mərkəz olmamışdan öncə İdarənin "ana sütunu" adlan baş meşəbəyi-müavin ştatı vardır və İdarənin ən çətin işlərin onlar görür, və ən çox məsuliyyət də onların üzərinə düşür.
Vüqar Kərimov 2022-ci ildə Regional Meşə Təsərrüfatları Mərkəzlərinə ikinci müavin, yəni mühafizə üzrə direktor müavini ştatın yaratdı və o yerlərə öz yaxın adamlarını yerləşdirdi.
Onların əli ilə meşələr daha da qırılmağa başladı.
Demək olar ki, mühafizə üzrə müavinlər heç bir iş görmür və bütün günü vaxtların kabinetdə oturub keçirirlər.
Bir sözlə, mühafizə üzrə müavinləri özlərini doğrultmadılar.
Hansı mühafizədən söhbət gedə bilər ki, meşə əkinlərinin bir qısmı batıb? Kəsilmiş ağaclara saxta (qeydiyyatsız) damğalar vurulur, onlara akt yazılarkən onların diametri kiçildilir və cinsi dəyişdirilir.
2026-ci ildə İdarələrdə gedən ixtisarlarla bağlı Vüqar Kərimov hər bir vəchlə çalışır ki, heç bir işə yaramayan, dövlətə ziyanından başqa xeyri olmayan mühafizə üzrə müavin ştatların saxlasın.
Vüqar Kərimov barədə araşdırmamız davam edir.
Biz bu barədə adiyyatı qurumlara sorğular göndərəcəyik və iştirakımızla yuxarıda sözügdən neqativ hallar yerindəcə araşdırıb qanuna müvafiq şəkildə tədbir görüləcək.
P.S. Regional Meşə Təsərrüfatları Mərkəzləri yaranan da orda baş mühafizə mühəndisləri və hər rayon üzrə isə mühafizə mühəndisi ştatları yarandı. Sözügedən mühafizə mühəndisləri olduğu halda sonradan qondarma yaradılan mühafizə üzrə müavini ştatı nəyə lazım?!
Nyus.Az
Kainat.tv
ANA təbiət Vüqar Kərimovun əlində girinc qalıb
03
noyabr
18:21
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir
Salyanda meşə fondu 4750 tinğ əkildi - FOTO
İnsanları rayonlara qaytarmağın yolları AÇIQLANDI: Türkiyə modeli, oliqarxların zəbt etdikləri torpaqlar...
ABŞERONDA QANUNSUZ KƏSİLƏN AĞACLARIN YERİNƏ YENİ TİNGLƏR ƏKİLİB - FOTO
Yeni nazir təyinatı gözləntisi - kim daha şanslıdır?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI