Salyan rayonunun Quyçu kəndinin ərazisində keçirilmiş ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi və əməkdaşları, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi və əməkdaşları, bələdiyyə və icra nümayəndələri iştirak ediblər.
Sonda regionlarda yeni meşə əkinlərinin salınması ilə bağlı fikir mübadiləsi aparılıb.















