Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu invertarların satın alınması ilə bağlı tenderə yekun vurub
Tenderin qalibi “Qardaşlar Mebel” QSC seçilib.
İnstitut sözügedən şirkətdən 52 545,4 AZN-lik invertar alacaq. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 4 856 AZN azdır.
İnvertarlara müxtəlif rəflər, çalışma masası, yan masa, İSO dəri, İSO parça, toplantı masası və kreslo daxildir.
Açıq mənbələrdə qeyd olunan məlumata görə, “Qardaşlar Mebel” şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin sahibi 100 faizlik səhm paketi ilə Mirəzyev Əli Məmməd oğludur. QSC-nin icra strukturuna isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir.
Nizamnamə kapitalı 3 050 manat olan şirkətin hüquqi ünvanı kimi Binəqədi rayonu, Biləcəri Yeni Yaşayış Massivi, ev 37 göstərilir.
Mediada gedən məlumatlara görə, 2018-ci Əli Mirzəyev barəsində cinayət işi açılıb. İş adamı dələduzluqda ittiham olunub. Bu məlumatın təkzib edilməsinə dair heç bir qeydə rast gəlinmir. İşin nəticəsi haqqında da açıq mənbələrdə məlumat yoxdur.
Media həmçinin yazır ki, Əli Mirzəyev “Nömrə -1” Tədris Mərkəzi, “Tarqovı”da yerləşən “Coffeaphore” kofe evi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mebel fabrikinin sahibidir.
“Qardaşlar Mebel” QSC 2025-ci ilin 9 ayı ərzində müxtəlif dövlət qurumlarının keçirdiyi 14 tenderin qalibi olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 746 241,59 AZN-dir.
Azərbaycanda başqa mebel şirkətləri də var. Lakin nədənsə satınalma müsabiqələrində əsasən “Qardaşlar Mebel” qalib elan edilir. Bunun sirri hələ ki, çözülməyib.Qaynarinfo
Kainat.tv
“Qardaşlar Mebel” milyonluq tenderlərin qalibi necə olur?
10
oktyabr
11:33
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə –776 min manata
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir
Rafiq Qarayevə yenidən 200 min manatlıq tender verildi: “RR TRAVEL COMPANY” Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməmişdir
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI