Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi velosipedlərin parklanması üçün konstruksiyaların alınması (quraşdırma daxil) üzrə 14.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “Eptal Group” MMC seçilib və tərəflər arasında 776.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 28.07.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəzərdə tutulmuş parklanma üçün konstruksiyaların alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiymət 1.114.999,70 manat müəyyən edilmişdir. Amma dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Yerüstü Nəqliyyat Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “Eptal Group” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “Eptal Group” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EPTAL GROUP” (VÖEN: 1904368861) Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.05.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10.00 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, XƏQANİ RÜSTƏMOV, ev.76, m.31, qanuni təmsilçisi kimi isə Əhmədli Bahadur Rövşən oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə MMC-nin “PRESTIGE MOBILYA” kimi dövlət qeydiyyatına alındığı göstərilir. 02.10.2023-cü ildə adını dəyişərək “EPTAL GROUP” MMC-yə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Vasif Mehdi oğlu olub. Daha sonra Abdullayev Abdulla Vahid oğlu, Qurbanəliyev Abbas Vaqif oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Vergi öhdəlikləri üzrə 2021- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Qeyd edək ki, elektron mediada yayılmış məlumatlara görə “Eptal Group” MMC Azərbaycanda yüksək keyfiyyətli mebellərin istehsalçısı kimi təqdim edilir.
Şirkət mebellərin satışı və yığılması ilə bərabər, binanın ekspert ölçülməsi və kommersiya təklifinin hazırlanması, yükün Azərbaycanın istənilən ərazisinə çatdırılması və yerləşdirilməsi xidmətlərini də göstərir. Məlumatlarda “Eptal Group” mebellərin, o cümlədən metal mebellərin istehsalı fəaliyyəti üzrə lisenziyaya, həmçinin İSO 9001:2015, İSO 14001: 2015 və İSO 45001:2018 beynəlxalq standartların sertifikatlarına malik olduğu bildirilir.
Satınalmaların portalına yerləşdirilimiş məlumatlarda da “Eptal Group” MMC-nin mebel avadanlıqların satın alınması üzrə bir çox dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olduğu bəlli olur. MMC 2025-ci ilin başlanğıcından milyonlarla manat dəyəri olan 14 tenderin qalibi olub.
Bunlarla bərabər “Eptal Group” MMC-nin adı bir sıra şübhəli məqamlarda da hallanır. Belə ki, 9 İyul 2024-cü ildə yayılmış məlumatlara görə “Qardaşlar Mebel” QSC “Eptal Group” MMC-ni məhkəməyə verib. İddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qaldırılıb.
Mediada 04.11.2024 məlumatına görə MMC-nin qanuni təmsilçisi Bahadur Əhmədlinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Onun barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İdarə sahibkar barəsində məhkəmədə “ Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırıb. Qeyd edək ki, B.Əhmədli hüquqi ünvanı Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Novxani Aqropark” MMC-nin də qanuni təmsilçisidir.
Bu məlumatlardan sonra da ortaya bir neçə sual çıxır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mebel istehsalçısı olan “Eptal Group” MMC ilə müqavilə bağlayarkən təchizatçının uyğunluğunu əvvəlcədən müəyyənləşdiribmi? Bundan əlavə ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “Eptal Group” MMC bunu necə əsaslandırıb və göstərəcəyi xidmətin keyfiyyətinə zəmanət veribmi?(aktualinfo.org)
Kainat.tv
Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə –776 min manata
04
avqust
14:39
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ