Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində “cəza çəkən” Xəlilov Ülvi İlham oğlu həbsdə ola-ola təkrar cinayətlər törətməkdə davam edir.
Belə ki, Samir Qəhrəmanov adlı vətəndaş ondan redaksiyamıza inanılmaz faktlarla şikayət edib.
Nəzərə alsaq ki, dələduzluq əməli ictimaiyyətə açıq-aşkar təhdiddir, o zaman aid qurumlar, hüquq-mühafizə orqanları nə üçün buna göz yumurlar?
Bu halda qurumlar daha da aýıq-sayıq olmalı, baş verə biləcək hər hansı əməlin qarşısını vaxtında və qətiyyətlə almağa çalışmalıdır.
Çünki dələduzlar müxtəlif yollarla insanları aldadır, onların bir ömür boyu min bir əziyyətlə əldə etdikləri mülkiyyətlərini ələ keçirirlər. Xəlilov Ülvi də məhz belə “parazitlərdəndir”.
İşin maraqlı tərəfi isə odur ki, ona oxşar dələduzluq əməllərini həyata keçirməkdə müəssisənin rəisi Fariz Əliyev yaxından köməklik edir.
Qeyd edək ki, Samir Qəhrəmanov həmin şəxsin ona qarşı külli-miqdarda dələduzluq etdiyini bildirmişdir. Buna görə də həmin şəxsin vaxtından əvvəl azadlığa buraxılmasının məqsədə uyğun olmadığını vurğulamışdır.
Rəis isə öz növbəsində onun xahişini nəzərə alacağını bildirmişdir.
Amma boş vəd imiş…
Çünki indiki vəziyyət tam başqa söz deməyə əsas verir. Rəis nəinki məhkum Ülvi Xəlilovun çirkin əməllərinə mane olur, əksinə ona bəzi işlərində dəstək də olur.
İddiaya görə qanuna zidd əməlləri həyata keçirməsinə texniki şərait də yaradır.
Məsələn, dələduzu qanuna zidd müəssisə daxilində telefon işlətməsini sübut olaraq göstərmək olar.
Axı, bağlı qapı arxasında insanları telefon danışığı aparmadan necə inandırıb, aldatmaq olar?
Təbii ki, qanunsuz olaraq işlətdiyi telefonla bu mümkündür.
İnanırıq ki, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət bu barədə müvafiq qanuni, hüquqi ölçü götürəcəklər.
Mövzunu məsələ layiqli həllini tapanadək gündəmdə saxlayacağıq.
Arazmedia.az
Kainat.tv
6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
23
sentyabr
12:46
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Media nümayəndələri təltif edildi - Siyahı
“Öyün yıxılsın, denən öldürməmişəm” – Dəhşətli qətlin üstünü açan SƏS YAZISI, FOTOLAR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI