Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Kainat.tv-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilində yoxlama aparan polis əməkdaşlarından daha bir nəfəri ifadə verdikdən sonra müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb.
Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.
Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.
Almaz Əskərova ifadəsində bildirib:
"Biz səhər-səhər evdəydik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər girdi içəri. Girən kimi İlhaməni başladılar yoxlamağa. Məni çıxartdılar çölə, başladılar evi axtarmağa, mən də pəncərədən görürdüm. Sonra gördüm ki, qızımın əlləri qandallıdır".
Növbəti iclas sentyabrın 17-nə təyin olunub
Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahidin tiktokerlərin iştirakı ilə təşkil etdiyi müsabiqələrdə iştirakçı olub.
Tiktoker xanımın anası məhkəmədə dindirilib
03
sentyabr
13:12
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verə bilmədi
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI