Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova işçisi ilə arasında yaranan problemlə əlaqədar haqsız olmasına rəğmən ədavət aparır və "Arxasında dayanan gücdən" istifadə edərək müəllimə və onun ailəsinə hədə-qorxu gəlir. Eləcə də şantaj və şər-böhtanla şəxsiyyətini alçaldır, nüfuzunu sarsıdır, müəllimi cəmiyyətdə sosial bullinqə məruz qoyur. Adilə Bağırovanın hiddəti, nifrəti, ədavəti elə bir həddə çatıb ki, hətta müəllimin ailəsinə də oyunlar qurub hərtərəfli alçaldıcı işlər görür. Sözün əsl mənasında heç kəsin ağlına gəlməyən ssenariləri məhz Adilə Bağırova həyata keçirir.
Bəs bu ədavətin yaranma səbəbi nədir?
İlhamə müəllim işində savadlı, peşəkar çox məsuliyyətli pedaqoqdur. Məktəbə anidən gələn yoxlama İlhamə müəllimənin açıq dərsində iştirak edir. Dərsi həddindən artıq bəyənirlər. İcra başçısı Musa Musayev oturduğu açıq dərsi çox bəyənir və direktora müəllimin neçə saat dərsi olduğunu soruşur. 9 saat dərsi olduğunu öyrəndikdən sonra 12 saata qaldırmasını bildirir. Beləliklə, İlhamə xanımın dərsi 12 saat olur. Həmin vaxt İlhamə xanım 8 aylıq hamilə olduğundan analıq məzuniyyətinə çıxır. Məzuniyyətdən qayıtdıqdan sonra məktəb direktorunun dəyişdiyini görür. Belə ki, artıq Adilə Bağırova direktor idi və o, müəllimə sadəcə 6 saat dərs verirdi. İlhamə xanım digər 6 saatını da istədikdə, direktor ondan 500 manat pul tələb edir. Maddi vəziyyəti yaxşı olmayan İlhamə xanım pulu ödəyə bilmir. Ancaq vəziyyətin belə davam etdiyini görən müəllim öz haqqını bərpa etmək üçün aidiyyatı üzrə rəsmi şəkildə müraciət edir və 12 saat dərsi bərpa olunur.
Daha sonra Diaqnostik qiymətləndirmə keçirildi. İlhamə xanım yüksək bal toplasa da, 16 saat yığana da, İlhamə müəllimə də eyni saat dərs verdilər. İlhamə xanım 146- ya zəng vurduqdan sonra, ETN direktora cədvəl göndərdi və İlhamə xanıma qanunla 21-28 saat arası dərs verməli olduğunu bildirdi. Bundan sonra İlhamə xanıma 21 saat dərs verildi.
Bəs Adilə xanımın arxasında duranlar kimlərdir? Naftalan şəhər polis rəisi ilə yaxşı münasibəti olmasından istifadə edərək bir sözü ilə istədiyini edəcəyini bildirir. Bundan istifadə edərək hər kəsə hədə-qorxu gəlir.
Qeyd edək ki, proseslər fonunda 2018-ci ildə İlhamə xanımın 15 yaşlı qızına da qarayaxma əməliyyatı keçirmiş və günahsız yerə qızın adına şər-böhtan çıxarmışdı. Hətta anasından xəbərsiz qızını uzun müddət şantaj da etmişdi. Sonra İlhamə xanımın həyat yoldaşının yaxınlıq etdiyi xanım xoşagəlməz hərəkətlər edirdi. Səs yazılarında da açıq-aşkar faktlar vardır ki, Aytən xanım (ad şərtidir) İlhamə xanımı evinə dəvət edir, Lamiyə xanım getmir. Besetkada görüşürlər və İlhamə xanım xahiş edir ki, oğlunun 17 yaşı var, gəncdir, onun yanında xoşagəlməz hərəkətlər olmasın. Sadəcə xahiş edir və faktlarla sübut vardır.
Aprelin 28- də Vilayət Eyvazovun qəbulunda olub Adilə Bağırovanın etdiyi hər şeyi olduğu kimi danışıb və sadəcə psixi və fiziki zorakılığa məruz qaldığını, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini, hətta polisə söhbət getdikdə də, onun lehinə həll edildiyini bildirmişdir. Vilayət müəllim bu işlə mütləq məşğul olub həll edəcəyini qəti şəkildə bildirmişdir. Nazirliyin nəzdində cinayət işi açıldığı deyilmişdir. Amma Adilə Bağırova bunu eşidən kimi elə səhəri gün 29 aprel məktəbdə çox sakit şagirdlərdən olan Fikrətin belini çimdiklədiyini bildirmişdir. Belə hal olmayıb, hətta səs yazıda da atası oğlundan soruşduqda, bu hadisənin baş vermədiyini deyir. Hansı ki, Adilə müəllimə şagirdin anası ilə danışmış və saxta bir ssenari qurmağa nail olmuşdu.
Bütün bu hadisələrdən sonra səhhətində ciddi problem yaranan Lamiyə xanım təcili Gəncədə İstanbul NS klinikaya çatdırılır və xəstəxanada müalicə almalı olur. Bu baxımdan məzuniyyətə çıxır. 4 iyun məzuniyyətdən qayıdan kimi Adilə Bağırova 4 polislə birlikdə polis bölməsinə aparılmasına məcbur edir. İlhamə müəllim haqqını tələb etsə də, şagirdlərin, müəllim yoldaşlarının önündə belə bir hal yaşamağa layiq olmasa da, 4 polis müəllimi şöbəyə aparır.
Belə ki, İlhamə müəllimənin yoldaşının yaxınlıq etdiyi Aytən xanım Lamiyə xanımın onunla görüşdüyünü və ona yumruq vurduğunu söyləyib polisə şikayət etmişdir. Şikayət isə nədənsə evə yox, məktəbə getmişdi. Adilə xanım İlhamə xanımın qızından sonra həyat yoldaşının yaxınlıq etdiyi qadına və oğluna da qarışmağa, istifadə etməyə, ssenari yazmağa davam etmişdir.
Davamlı şəkildə özbaşınalıq edən, İlhamə xanıma əsassız töhmət, qanunsuz protokollar, intizam tənbehi verən, müəllimlərin, şagirdlərin, valideynlərin yanında alçaldan Adilə Bağırova bu dəfə də pedaqoji şurada guya Fikrəti çimdikləyib adı ilə intizam tənbehi vermişdir. Hansı ki, əgər belə bir hal olsaydı, birinci ekspert çağırılardı, ekspert rəyi verilərdi. Bundan sonra halı pisləşən İlhamə xanım yüksək təzyiqdən əziyyət çəkmişdir. Son olaraq da Vilayət Eyvazova etdiyi şikayəti geri çəkməsi üşün hədələyir. Əlindən gələnin artığını edən, hər cür şər-böhtan atan Adilə Bağırova əslində həddindən artıq özbaşınalıq etmişdir. Əqli qüsurlu uşaqları ümumi siniflərə yönəldib pulunu mənimsəyir. Məktəbin təmirinə ayrılan pulları mənimsəyir və Naftalanda və Safıkürddə özünə ev tikir. Dərs saatlarını satmaq, şagirdləri aylığa buraxmaq, şagirdlərin adından summativləri müəllimlərə yazdırmaq, psixoloqa tarix dərsini vermək kimi qanunsuzluqlar edir.
Kitabxanaçılığı bitirən qardaşı qızını psixoloq edir. Hansı ki, qardaşı qızının əri müstəntiq kimi çalışıb, sonralar xoşagəlməzliklər olub və işdən çıxarılıb amma rəislə münasibət və bu münasibətdən istifadə hələ də davam edir. Diaqnostikdən pul verib tarix müəlliminə bal yazıdırır ki, qardaşı qızı psixoloq kimi rahat işləsin. Biologiya müəlliminə coğrafiya dərsi verir. Tarix müəlliminə coğrafiya dərsi verir. Hərbi dərsi keçirilmir və pulu mənimsənilir. Şagirdlərdən məktəbi təmir etdirməyə pul yığır. Sənədləşmə işləridə düzgün olsun deyə bayram vaxtı müəllimləri işə cəlb edir.
Məktəbin axranı əmisi oğludur. Direktorun katibəsi qardaşının kürəkəninin əmisi qızıdır. Bacısı müəllimdir.
Müəllim hər il 8 mart və 27 iyunda təntənəli surətdə 50-100 manatdan pul yığıb müəllimə ya zinət əşyası alır, ya da konvertdə pul verirlər.
İlhamə xanım transfer almaq istədikdə hansı ki, bildirmişdilər ki, Adilə xanımdan hədsiz şikayət var, onsuz da çıxarılacaq. Amma bizim sizin kimi peşəkar müəllimlərə ehtiyacımız var. Amma indiki halda Adilə xanım polislə olan yaxınlığına arxayınlığını bildirmiş, hətta Vilayət Eyvazovun da onun tərəfini tutacağını qeyd etmişdir. Aidiyyatı qurumların məsələni dərindən araşdırmasını və bir anaya, bir qadına, bir müəllimə qarşı, qızını, oğlunu, həyat yoldaşını qarışdırıb belə hadisələr yaşatmasını dəyərləndirib qərar verməsini xahiş edirik.
Tehsilmedia.az
Kainat.tv
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
25
iyun
17:54

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
Füzuli Təhsil Sektorunda nələr BAŞ VERİR?
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- 70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
- “Hell”in insan sağlamlığına zərəri -Video
- “Naxçıvanbank”dakı 1 milyarddan çox pul yoxa çıxıb
- Cahid Şahbazov gənc qızın gözünü iflic etdi – Video
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI