İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Avtomobil Yolları Agentliyinin tabeliyindəki “9 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışına məhdudiyyət tətbiq olunub.
Bu qərar onun rəhbərlik etdiyi MMC-nin Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olması ilə bağlıdır. Rəsmi məlumata əsasən, müəssisənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ümumilikdə 1 milyon 270 min 960 manat 76 qəpik məbləğində vergi borcu mövcuddur.
RegionXeberleri bildirir ki, nizamnamə kapitalı 2,5 milyon manat olan bu MMC 2018-ci ildən bəri Rəşad Kərimovun rəhbərliyi ilə fəaliyyət göstərir. O, bu müddət ərzində müəssisənin qanuni təmsilçisi kimi çıxış edir.
Vergi borcuna görə dövlətin belə məhdudlaşdırıcı addım atması həm qanunvericiliyin tələbi, həm də vergi intizamının təmin olunması baxımından atılmış zəruri tədbir kimi qiymətləndirilir.
RegionXeberleri
Kainat.tv
Rəşad Kərimova ölkədən çıxış yasağı qoyulub –SƏBƏB
28
avqust
10:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI