Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.
Kainat.tv Bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.
Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.
Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.
Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı: Ölənin kimliyi BİLİNDİ
27
avqust
16:49
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Təcili yardımın sürücüsü həbs edildi: “Dedilər ki, boynu sınıb, öləcək” - TƏFƏRRÜAT
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI