Saatlıda qəzaya səbəb olan təcili yardım sürücüsü həbs edilib. Buna səbəb qəza zamanı zərərçəkmişlərdən birinin dünyasını dəyişməsi, 3 nəfərin də yaralanması olub. İstintaqla müəyyən edilib ki, qəzaya səbəb təcili yardımın sürücüsü olub.
Musavat.com xəbər verir ki, təcili yardımın sürücüsü 57 yaşlı Daşqın.A olub.
Hadisə Saatlı rayonunun, Əhmədbəyli kəndi ərazisində baş verib. Təcili yardım maşını ilə Eldost Ələkbərovun idarə etdiyi “Hyundai” markalı maşın toqquşub. Hadisə ilə bağlı cinayət işi açılıb və təqsirli olaraq təcili yardımın sürücüsü Daşqın.A göstərilib. Onun cinayət işi üzrə məhkəmə iclası Saatlı Rayon Məhkəməsində baş tutub.
Daşqın A. hadisə günü yaşananları məhkəmədə danışıb. Deyib ki, 1989-cu ildən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsində sürücü işləyib.
Həmin gün növbətçi həkim İbrahimin Cəlilovun göstərişi ilə “Fiat Doblo” markalı avtomobillə çağırış ünvanına gediblər:
“Hadisə yerinə çatanda “Qazel” markalı avtomobildən Rəhibə, Aysun və Əfsanə adlı xanımlar endi. Rəhibənin epilepsiyası var idi. Həkim yaralını xəstəxanaya təxliyə edəcəyimizi dedi. Rəhibənin yanında olan qadınların köməyi ilə Rəhibəni xərəyə uzatdıq. Rəhibə tək getmək istəmədi. Sonradan bildiyim qaynı arvadı olan Əfsanənin də yanında gəlməsini istədi. Rəhibə qızının da maşına minməsini istədi. Qızı Aysun da maşını mindi”.
Təcili yardım yolda olan zaman “Hyundai” markalı avtomobillə toqquşub. Daşqın.A qəzaya səbəb kimi “Hyundai” markalı maşının sürücüsünü göstərib:
“Biz qəzaya düşəndən sonra təcili yardım gəlib yaralıları xəstəxanaya apardı. Mənim də qanaxmam var idi. Mən də xəstəxanaya getdim. Həmin zaman hadisə yerinə polis əməkdaşları gəlməmişdi. Mən xəstəxanadan qayıdanda tam fərqli mənzərə gördüm. “Hyundai”nin nömrəsi açılmışdı. Həm də yolun kənarına çəkilmişdi. Hadisə vaxtı “Hyundai”nin sürücüsünün atası Azər Ələkbərov mənim atama “burada heç nə yoxdu. Şikayət olmasın, özümüz həll edərik” deyib.
“Hyundai” 140-150 km/saat sürətlə gəlirdi. Hadisə yerinə baxış keçirilənə qədər artıq avtomobillərin yeri dəyişdirilmişdi. Hadisə mənim idarə etdiyim avtomobilin yolunda olmuşdu. Amma mənim maşınımı çəkərək əks yola gətirmişdilər. “Hyundai”ni də kənara çəkmişdilər. Toqquşma yeri səhv idi. Buna görə hadisə yerinə baxış keçirilməsi haqqında protokola imza etmədim”.
Daşqın A. ifadəsində hadisə zamanı təcili yardım maşınında xüsusi sayrışan işıq və səs siqnallarının işlək olduğunu deyib. Bildirib ki, toqquşma zamanı səs siqnalları sönüb. İşığı da orada olan Ravil Gözəlov adlı şəxs söndürüb.
Daşqın A. deyib ki, atası və digər qohumları dəfələrlə maddi kömək göstərilməsi üçün mərhum Rəhibənin ailə üzvlərinə müraciət edib. Amma müsbət cavab ala bilməyiblər.
Mərhumun əri Nuruşov məhkəmədə dindirilən zaman bunları deyib: “Maddi çətinliyə görə yoldaşım kənddən bəzi qadınlarla əkin sahələrində alaq təmizləməyə gedirdi. Onları adətən atam Soltanəli Nuruşov digər kənd qadınları ilə birlikdə öz “Qazel”i ilə aparırdı. Qızım Aysun da anası hara gedərsə ondan ayrı qalmırdı. Yolda Rəhibənin epilepsiyası tutub. Təcili yardım çağırıblar. Təcili yardımla xəstəxanaya gedəndə yolda qəzaya düşüblər.
Qəzanı eşidən zaman xəstəxanaya getdik. Rahibənin vəziyyəti ağır olduğu üçün Bakıya apardılar. Bakıda bilindi ki, boynu sınıb. Həkimlər dedi ki, 5-6 saat sonra dünyasını dəyişəcək. Biz də evə gətirdik. Qohum-qonşular evə yığışdı. Bir neçə saat sonra Rəhibə vəfat etdi”.
Mərhumun əri “Hyundai” sürücüsündən yox, təcili yardım sürücüsündən şikayətçi olduğunu, ona cəza verilməsini istəyib.
Hadisə zamanı təcili yardımda olan həkim İbrahim M. bildirib ki, sürücü Daşqının sayrışan işıq siqnalını yandırıb-yandırmadığını bilməyib: “Ona fikir vermədim. Amma dəqiq bilirəm ki, səs siqnalı yanmırdı. Mənim heç kimdən şikayətim yoxdur”.
Məhkəmədə təcili yardımda olmuş feldşer Cavid Ələkbərov da ifadə verib. Həkim mərhumun təcili yardımda xərəyə niyə bağlanmadığı sualına da cavab verib:
“Rəhibənin ürəyi bulandığı üçün hər an qusa bilərdi. Buna görə kəmərlə onu xərəyə bağlamadıq. Çünki qusuntu kütləsi onu boğa bilərdi. Əgər xəstə infakt keçiribsə, ürəyi bulanırsa və ya epilepsiya keçirirsə xərəyə bağlanmır.
Mən arxada oturduğum üçün toqquşmanı görmədim. Hərəkətdə olan zaman səs siqnalından istifadə edilməmişdi. Əgər səs siqnalı istifadə edilsəydi bunu eşidərdim”.
Qəzada iştirak edən digər avtomobilin sürücüsü Eldost Ələkbərov isə dindirilən zaman məlum olub ki, sürücülük vəsiqəsi yox imiş.
O, Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi vəzifəsində çalışır. E.Ələkbərov günahkar kimi təcili yardımın sürücüsün göstərib:
“Mən 50 km/saat sürətlə hərəkət edirdim. Qarşı tərəfdən gələn təcili yardım sürətli idi və yoluma çıxdı”.
E.Ələkbərov qəzadan sonra avtomobillərin yerinin dəyişdirilməsi məsələsinin doğru olmadığını deyib.
Təqsirləndirilən Daşqının xeyrinə atası da ifadə verib. O, oğlunun günahsız olduğunu, hadisədən sonra maşınların yerinin dəyişdirildiyini bildirib.
Məhkəmədə dindirilən digər şahidlər isə bunu təsdiq etməyib. Məhkəmə yekunda qərara gəlib ki, Daşqın A. günahkardır və buna görə cəzalandırılmalıdır.
Hökmə əsasən Daşqın A. 5 il müddətə azadlıqdan məhrum edilib.
Təcili yardımın sürücüsü həbs edildi: “Dedilər ki, boynu sınıb, öləcək” - TƏFƏRRÜAT
01
fevral
19:43
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
ŞOK! Bakıda tıxacda sürücülər bıçaq davasına çıxdılar – TƏFƏRRÜAT
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ