Qəbələ Rayon İcra Hakimiyyəti “ATF” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Kainat.tv Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Qəbələ şəhər Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satına alınması nəzərdə tutulur. Satınalma proseduru açıq tender üsulu ilə həyata keçirilib. Yolun əsaslı təmirinə görə şirkətə 945 753,01 manat ödəniləcək.
“ATF” MMC mediada “tender kralı” kimi təqdim edilib. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
“ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Qəbələ Rayon İcra Hakimiyyəti ötən il Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satın alınması ilə bağlı “ATF” MMC ilə 465 446,28 manatlıq, 2023-cü ildə əbələ şəhərinin küçə və dalanlarına asfalt örtüyünün çəkilməsi işlərinin satın alınması ilə bağlı isə 698 650,45 manatlıq satınalma müqaviləsi bağlayıb.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Qəbələdə yol təmiri və abadlıq işləri ilə bağlı keçirilən tenderlərin qalibi əsasən “ATF” MMC olur.
Qəbələnində öz “Tender kralı” var - 945 min manatlıq müsabiqənin qalibi oldu
27
avqust
11:18
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
İsmayıllı İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI