İsmayıllı rayon İcra Hakimiyyəti növbəti tenderinə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, sözügedən dövlət qurumu İsmayıllı şəhərinin prospekt və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işlərini reallaşdıracaq.
Bu məqsədlə İcra Hakimiyyəti “ATF” MMC ilə satınalma müqaviləsi imzalayıb. Onun dəyəri isə 685 min 819 manat təşkil edir.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, İsmayıllı İcra Hakimiyyəti son bir ildə cəmi 6 tender keçirib. Maraqlı məqam odur ki, həmin tenderlərin yarısını, yəni üçünü eyni şirkət udub. Həmin şirkət isə “ATF” MMC-dir.
Araşdırma zamanı bəlli olub ki, dünən keçirilən tenderrdən savayı, İsmayıllı İcra Hakimiyyəti İvanovka kəndində yolların əsaslı təmiri işlərini ötən ilin dekabrında tender yolu ilə ATF-ə verib. Bunun üçün tərəflər arasında 91 min 511 manatlıq müqavilə bağlanılıb.
Digər tender isə İvanovka işlərindən 8 gün qabaq, yəni 17 ddekabr 2024-cü ildə reallaşıb. Açıq mənbələrə qeyd edilir ki, İsmayıllı rayonunda büdcə və büdcədənkənar vəsaitlər hesabına yolların əsaslı təmiri işlərini udan ATF MMC buna görə İcra Hakimiyyətindən 931 min 724 manat alıb.
Açıq mənbələrə “ATF” MMC ilə bağlı çeşidli məlumatlar mövcuddur. Bu şirkətin əsasən Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olduğu və Azad, Təbriz və Faxrəddin Muradov qardaşları tərəfindən yardıldığı bildirilir. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.
Məsələn, Valyuta.az saytı araşdırmasında bununla bağlı yazır ki, sözügedən MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkətidir.
Həmin məlumatlarda vurğulanır ki, ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə 12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə 3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat dəyərində tenderlər “qazanıb”. Tenderlərin ümumi dəyəri isə 75 milyon manat olub.
Açıq mənbələrdə qeyd edilir ki, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir. Lakin tərəflər arasında hansı əlaqələrin olması barədə hər hansı yoxdur.
Maraqlı məqamlardan biri də budur ki, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edib.
Xatırladaq ki, İsmayıılının icra başçısı Bağırov Nahid Rza oğludur. O, 2020-ci ildən rayona rəhbərlik edir.
Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur
Kainat.tv
İsmayıllı İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb
05
avqust
10:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Müharibə meydanını xatırladan Xırdalanın mərkəzinə gedən yol - BAXIMSIZLIQ
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
“Azelekom” dövlət malının 9 milyon yarısını maşınlara xərcləyib, NƏDƏN?: MMC-nin “Motor Clinik”lə qəribə tender anlaşması ilə bağlı DETALLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI