"Dünən səhər yeməyində Bayılda yerləşən "Bayıldım" restoranına getdik. 2 nəfər üçün 35 manat paylaşıblar öz səhifələrində... ( əksəriyyətində olduğu kimi bir qarın yeməyə reklam edən bloggerlərdən hansısa boş-boşuna tərif yağdırmışdı) Girən kimi yaxınlaşdılar, yer təyin etdik, stola əl gəzdirib getdi süfrə gətirməyə. Süfrə elə bir halda idi ki, itə yemək versən yeməzdi bəlkə də)) dedim dəyişin ! Dəyişdilər..."
"DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Babək Zirəddinoğlu adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Təxminən 30 dəqiqə sonra stolun üstünə təamları düzdülər. Paylaşılan şəkillə demək olar ki, əlaqəsi yox idi, hər şeydən çox az. Dedim ola bilsin şəkildə elə görmüşəm, menyu tələb etdim ki: səhər yeməyinə daxil olan təamlarla stol üstündəkiləri müqayisə edim. Menyuda ümumiyyətlə səhər yeməyi yox idi... yenidən səhifədəki şəkillə müqayisə etdikdə loxlandığımı yavaş-yavaş hiss etməyə başladım.
Heç kəs bir qarın yeməyin acı deyil, bu aydın məsələdir. Amma insanları bu yerə qoymaqları həqiqətən də xoş deyil ! Beyin çöndü... dedim administratoru çağırın.
Biri gəldi ki, baş ofisantam nə irad var bildirin. Buna həyatı başa saldıq getdi, sonra administrator gəldi. Deyirəm bax bu şəkili görürsən? Niyə burda olanların əksəriyyəti süfrədə yoxdur? Deyir o 4 nəfərlik setdir. Dedim okey. Onda Burda nə görürsən tam onun yarısını gətir olsun 2 nəfərlik.
Nə başınızı ağrıdım, biri köhnə gəldi, biri heç gəlmədi, ofisiantlar ortalıqda gəzir, birinə çay deyirsən gedir gəlmir, o birinə deyirsən deyir baş üstə. Üstündən 10 dəqiqə keçir hərəsi bir çaynik çay gətirir... Bir sözlə çox bərbad !
Sonda qəsdən terminal istədim, dedilər karta at işləmir. Dedim atmıram. Çıxıb gedirəm. 2 dəqiqəyə terminalı da düzəldib gətirdilər... 35 manata 1 yumurta "qlazok"u, 4 stəkan da çay..."
Kainat.tv
Həqiqətən müştərini bayıldan "Bayıldım" restoranı - ŞİKAYƏT
04
avqust
10:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
KAPİTAL BANK müştərini rəsmən soyur - Bunun başqa ADI YOXDUR...
“Müharibə namus, torpaq müharibəsiydi hər birimiz şəhid ola bilərdik, təəssüf ki, bu baş vermədi, amma yenidən doğulduq”-Babək Aslanov
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
"Grenn City"-də hovuzda bərbad xidmət və müştəriyə qarşı FIRILDAQ...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI