Kainat.tv "DİA-AZ"-a istinadən xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Daha sonra narazı vətəndaş bunları bildirir (mətni olduğu kimi diqqətə çatdırırıq -red.): "Demeli, burda ödəniş qolbaqla olunur, biz də qolbağa əlavə pul köçürmüşük ki içində lazim olar. Və cəmi 35 manata yemək sifarişi verdik, onu da pulun özün ödəmirsən. Ofsiant qolbagi alib aparır səndən ödəniş edir gəlir. Onsuz da xidmət sıfır idi, ofisantı hər görəndə deyirdik ki, bizim qolbagi gətir, hər dəfəsində deyirdi ödəniş etməmişəm, gətirəcəm, ödəniş etməmişəm gətirəcəm. Biz artiq çıxırdıq ki, gedək ofisantı özümüz tapmışıq ki, qolbagı ver çixanda qalan pulumuzu götürək.
Və surpriz çıxışdaydı, deyirler sizin qolbaqda 22 manat da əlavə hansısa yeməyə ödəniş olunub. Və bizim bundan xəbərimiz varmı? Təbii ki, yox.
Bizim pulumuzu qaytarmadılar. Bu nə sistemdir? Bu nədir? Nə qoyurlar gedib özümüz sifariş verək, ancaq ofisant qolbağı aparıb ala bilər, nə də qoyurlar yemek gətirək.
Bu cür sistemdə belə hal olacaqdı onsuz da yüzlərlə qonaq 2-3 ofisant və bu.
İndi bizim pulumuzu kim qaytaracaq? Məsələ insanı axmaq yerinə qoymaqlarındadır!"

Kainat.tv xatırladır ki, “Green City Holding” 2 mart 2020-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Holdinqin qanuni təmsilçisi Mustafayev Fərhad Fariz oğludur. Amma holdinqin gerçək sahibləri ilə bağlı müəmmalı iddialar var. Məsələn kimisi bu obyektin bütün Qafqazın şeyxi Allahşükür Paşazadəyə, kimi Bəylər Əyyubova aid olduğunu, kimi də başqa bir oliqarx məmura məxsus olduğunu deyir...