"Azad qadın" saytının rəhbəri Aynur Qurbanqızı "MediStyle Hospital"ın psixoterapevti Azər Bağırovu ittiham edib.
O bu barədə sosial media hesabında yazıb.
A.Qurbanqızı bildirib ki, həkimin qəbulu 140 AZN olan Azər Bağırov pasiyentinə kobud davranıb.
"Qızımda psixosomatika var deyə stressə düşəndə ürəkbulanma, qusma halları olur. Qızımı bu həkimin qəbuluna aparmışıq. Və 3 dəfə qəbulda olub, hər dəfə də 140 AZN, üstəlik həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib, onun da qiyməti 80-100 AZN təşkil edir. Sanki, şəbəkə qrup ancaq pul yığmaq üçün... Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsəniz ki, 140 AZN-ə bu həkimin qəbulu nədən ibarətdir.
Dərmanları bitən qızım ötən həftə təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidərək ağır, kobud sözlər deyib.
Yəni bu “həkim” necə psixoterapevtdir ki, qəbul etdiyi həssas xəstəyə belə münasibət göstərir? Dərmanlar bitib və qızım da əlavə qəbula gedəndən sonra almaq istəyib. Bəlkə başqa dərman yazacaq... Üstəlik də aylardır təsiri olmayıb, yenə qusmalar tutma şəkilində olur.
Və buna həkimin cavabları məhz belə olub: Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən yazıram. Və bu cür kobudcasına cavablar...
Bir psixoterapevt stressə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Axı, qarşındakı məhz duyğusal stress pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. İkincisi, biz 140 azn pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!",- A.Qurbanqızı bildirib.
Psixoterapevt Azər Bağırov məsələ ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, haqqında olan paylaşımdan ona ünvanladığımız suallar əsasında xəbər tutub.
Onun sözlərinə görə, bir çox psixiatr xəstəlikləri ilə bağlı müraciətlər edilir və psixosomatika da onlardan biridir:
"Ümumiyyətlə, mənim seanslarımın müddəti stabildir. Müalicə və terapiya seansları bir-birindən fərqlidir. Müalicə seansları yarım saat, terapiya seansları isə 40-50 dəqiqə olur. Xəstələrə yarım saatdan çox vaxt ayırdığım üçün digər xəstələr də gözləməli olurlar. Bəzən belə gecikmələr ola bilir. Yəqin xanım onu nəzərdə tutub. Amma özü daha çox vaxt istəyir".
A.Bağırov tamamilə protokollara uyğun çalışdığını bildirib.
"Xəstələrə diaqnoz qoyuram və 18 yaşdan aşağı şəxslərin valideynləri ilə görüşüb diaqnoz haqqında bildirirəm, ona fərqli ümidlər vermirəm. Mütləq şəkildə də kontrol müayinəsinə gələnə qədər dərman müalicəsini axsatmamağı bildirirəm. Həkim qəbulunda gözləmək insanları narahat edir. Həkim hər bir xəstəyə individual yanaşdığı üçün bəzən müddəti öncədən tənzimləmək mümkün olmur. Deyəcəyim başqa bir şey yoxdur, çünki xəstənin nə vaxt gəldiyini, problem yaşadığım bir hadisəni xatırlamıram. Mənim hər hansı görüşmədə kobud rəftarım mümkün deyil. Qulaqdan qulağa isə məlumat çox yetərsiz çatdırılır. Pasiyent onun qızı olub və o, anasına nələrsə danışıb. Bəzən xəstəliklə bağlı gedişatı xəstəyə dedikdə onu qəbul etməyə hazır olmaya bilir. İstəmədiyi bir şey olduqda özündən asılı olmadan isterik tutma yəni ağlama, qışqırma, özündəngetmə halları olur. Adı qəribə olduğundan buna xalq arasında fərqli reaksiyalar ola bilir və xəstə, ailəsi bunu qəbullanmaqda çətinlik çəkə bilər. Bunun xaricində başqa bir şeyin olması mümkün deyil", - o əlavə edib.
A.Bağırov paylaşımla bağlı çaşqınlıq vəziyyətində olduğunu deyib:
"Etibarımı zədələyən, təhqiramiz bir paylaşım etdiyi üçün də hüquqi müstəvidə görüşəcəm".(Teleqraf)
Kainat.tv
"Qəbulu 140 manatdır, qızımı incidərək ağır sözlər deyib" - Məşhur psixoterapevtə ittihamlar
10
iyun
12:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev savadsızlıq və qalmaqalla "ad çıxaran" Aynur Rüstəmovanı niyə "Regional"a müavin təyin edib? - GİZLİ PLAN VƏ ŞOK SƏBƏBLƏR
Tibbi arayış almaq niyə bu qədər ÇƏTİNDİR? - Poliklinikadan REPORTAJ
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI