Elm və Təhsil Nazirliyi son iki gündə çoxlu yerdəyişmələr etdi. Biz xüsusilə Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müdir və Rahim müəllimin müavin keçməsini alqışlayırıq. Çünki dürüstlüyü, obyektivliyi, təhsilə can yandırması, illərini təhsilə verməsi ilə tanınan bu iki şəxsin çox uğurlu təyinat olduğunu görürük. Amma digər tərəfdən, Emin Əmrullayev ARTİ Beynəlxalq Əlaqələndirmə şöbə müdiri Aynur Rüstəmovanı Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini təyin etdi. Niyə? Aynur Rüstəmova təhsilə hansı töhfələr verib? Ümumiyyətlə, bu təyinatda məqsəd nədir?
Abşeron-Xızı Regional Təhsil İdarəsi sayca ikinci regional müəssisədir ki, burada müdirin iki müavini var. Digəri isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidir. Abşeron-Xızı Regional Təhsil İdarəsi bütün Abşeron ərazisini əhatə edir. Görəsən, kim nəyi ələ keçirməyə çalışır?
Gəlin, Aynur Rüstəmovanı yaxından tanıyaq. O, eqoist və təkəbbürlü xarakteri ilə tanınır. Əvvəllər işlədiyi Bakı Avropa Liseyində Zülfiyyə Veysovaya yaxınlığı ilə çox məşhurdur. Kurikulumların yeni gəldiyi vaxtda bu yaxınlıq sayəsində irəli getməyə çalışıb. Zülfiyyə Veysova kurikuluma aid ilk kitab çıxaran şəxsdir. Amma müəyyən səbəblərdən Zülfiyyə Veysovanı tenderdən uzaqlaşdırdılar. Aynur Rüstəmovanın sonra sığındığı isə Elxan Nəcəfov oldu. Hələ məktəbdə işləyə-işləyə Elxan Nəcəfov Aynur Rüstəmovanı həm nazirliyə, həm də ARTİ-yə cəlb edə bildi. Aynur Rüstəmova bu cür yaxın əlaqələri və kəskin inadkarlığı ilə həmin adıçəkilən qurumlarda baş çıxarmağa çalışdı. Daha sonra hadisələrin gedişatı bir az dəyişdi. Belə ki, Elxan Nəcəfov Beynəlxalq Əlaqələndirmə şöbə müdiri vəzifəsindən Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbər kimi təyinat almaq və bu vəzifəyə sahiblənmək istəyirdi. İşlər bir az tərs getdi və Elxan Nəcəfov Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir göndərildi. Beləliklə, Aynur Rüstəmova Elxan Nəcəfovun yerinə keçdi. Eyni onun siyasətini davam etdirdi. Nəzərə alsaq ki, Rüfət Əzizov, Elnur Əliyev və Aynur Rüstəmova eyni maxinasiyalarla idarəçilik metodu tətbiq edir, o zaman bu üçlüyün çox gözəl şəbəkələşmə olduğunu deyə bilərik. Burda kənarda qalan isə Nəzakət Mehdiyeva idi. Nəzakət Mehdiyeva müdir olmasına baxmayaraq Aynur Rüstəmovadan çox qorxurdu. ARTİ də kurikulumların, dərsliklərin hazırlanmasında, layihələrin həyata keçirilməsində iştirak edirdi. Masaçusest proqramını kopyalayıb bir proqram hazırladılar və bütün Azərbaycan təhsilini məhv etdilər.
Yazdığı dərsliklərdə səhvlərin ucu-bucağı yoxdur. Hətta ARTİ-nin özündə dəfələrlə səhvlərini düzəltməsi üçün yol göstərsələr də, qəti şəkildə inadkarlığı və təkəbbürü ilə səhvlərini qəbul etmək istəməyib. Layihələrdə pulu öncədən alıb xərcləmələrini və layihələrə ciddi yanaşmadıqlarını bütün təhsil sektoru yaxşı bilir. Onlar adam sayın artırıb daha çox pul qazanmaq, saatları birləşdirib 3-4 günə təlimi bitirmək, heç nə öyrətməmək devizini ön plana çəkiblər. Hazırladıqları sualların gülünc olması hər şeyi ortaya qoyur.
Ən maraqlı tərəfi isə odur ki, ARTİ-yə gəlmədən öncə də müəllimləri qaldırmaq işinə Aynur Rüstəmova baxırdı. Baxmayaraq ki, səbəbini soruşduqda İlkin Həsənovla bir-birilərinin üzərinə atırdılar. Amma bu da bir siyasət idi. Bütün müəllimləri ayağa qaldıran, onları üsyana təhrik edən Aynur Rüstəmova idi. Bu, az deyilmiş kimi Zülfiyyə Veysova tenderdə qalib gəlməd. İlkin Həsənov və Aynur Rüstəmova birləşərək kitab çıxardılar. ARTİ məcburən "ən abırlı kitab budur" deyərək qəbul etdi. Beləcə onlar tenderdə qəbul olunan kitab sayəsində məşhurlaşdılar. Amma məsələ burasındadır ki, kitab uğurlu deyildi və yalnız plagiatdan ibarət idi. Nə təhlil, nə əlaqələndirmə, nə ölkə səviyyəsinə uyğunlaşma var idi. Ona görə də, də məhv edilmiş təhsilin bədəlini hələ də müəllim və şagirdlər ödəyirlər. Bununla da kifayətlənməyib dostunu və bir neçə adamı özü ilə birlikdə ARTİ-yə gətirdi, bir neçəsini Bunkerə saldı. Hətta daha çox pul qazanmaq istəyən xanım ARTİ-yə müdir gəldikdən sonra da kursu işlətməyə, kitab çıxarmağa davam etdi. TAİM-lə əlaqələri də kəsmədilər. Hər ikisinin pul qazanmaq sevdası bir-birindən ayrılmağa qoymadı. ARTİ paket almaqla çox məşhurdur. Bu cür qurama işlərdən aldığı paketlər daha önəmlidir.
Testologiyanın nə olduğunu bilməyən Aynur Rüstəmova üstünə bir də özünü Testologiyanın banisi elan etdi. Son zamanlar çıxarılan axmaq testlər, yersiz dəyişikliklər, Təhsil TV-dəki sual izahları hər şeyi bir daha sübuta yetirdi.
Elxan Nəcəfov belə çıxır ki, yarım qalan arzusunu elə Aynur Rüstəmova üzərindən həyata keçirir. Yoxsa Aynur Rüstəmova niyə ARTİ-dən çıxıb müavin gəlsin? Demək ki, Regionala müdir təyin olunmağa hazırlaşır. Yəni Elxan Nəcəfovun əvvəlcədən gözü bu vəzifədə idi. Özü Naxçıvan Muxtar Respublikasının Təhsil naziri təyin olunsa da, öz kadrını Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri qoymaqla arzusunu reallaşdırmaq niyyəti güdür. Bəs Aynur Rüstəmova burda nə edə bilər? Təbii ki, bütün maxinasiyaları və rüşvət mexanizmini yaxşı bilən bu xanım öz metodunu burada da tətbiq edəcək. ARTİ özü Aynur Rüstəmovanın savadsızlığından çox əziyyət çəkib. Amma kurikulum yeni bir proqram kimi təhsilimizə qədəm qoyduğundan insanları aldatmaq daha asan idi. Qeyd edək ki, heç kəs tərəfindən sevilmir. Bu illərdə Aynur Rüstəmovanın tək öyrəndiyi şey insanlarla saxta münasibət qurmaq, öz şəxsi məqsədləri üçün yaxınlıq etməkdir. Amma iş yerində belə onu heç kim bəyənmir.
Cənab Emin Əmrullayev belə bir savadsız, rüşvətxor, müəllimləri üsyana qaldıran, saxta işlərlə məşğul olan, Elxan Nəcəfovun əli ilə saxta ad qazanan, təhsilə zərrə sevgisi olmayan bir şəxsi Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri edəcəksiniz???
Tehsilmedia.az
Emin Əmrullayev savadsızlıq və qalmaqalla "ad çıxaran" Aynur Rüstəmovanı niyə "Regional"a müavin təyin edib? - GİZLİ PLAN VƏ ŞOK SƏBƏBLƏR
23
aprel
04:19
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR
“TFU ÜZÜNÜZƏ, ARSIZLAR” - Məktəbdə direktor və kollektiv arasında QALMAQAL
Əmrullayev təhsili BELƏ BİTİRİR: Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi... - İTTİHAM VAR...
“Emin Əmrullayevin atdığı addımlardan görünür ki, Prezidentin təhsil sahəsində verdiyi tapşırıqları yerinə yetirmir” - AÇIQLAMA
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ