"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır. İdarəetmədə tam yeni üsullara və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var. Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır”.
Bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib.
O bildirib ki, kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox müsbət təsirləri olacaq:
"Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq".
Maraqlıdır, bəs, bu təklif reallaşa bilərmi? Əgər reallaşarsa, birləşmə hansı rayonların kəndlərindən başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadənin fikrincə, bir sıra kəndlərin idarəetməsini daha mütəhərrik etmək baxımından bu addımlar atıla bilər:
“Təkliflə tam tanış deyiləm. Amma əgər bu, daha yaxşı idarəetməyə gətirib çıxaracaqsa, niyə də olmasın?
Öncə Azərbaycanda bələdiyyələrin birləşməsi, yenidən formalaşması prosesi baş verdi. Milli Məclisdə bununla bağlı qərar qəbul edildi. Bundan öncə 1606 bələdiyyə vardısa, son seçkilərdə 685 bələdiyyədə seçki keçirildi. Bu gün Azərbaycanda ilkin olaraq yaradılmış 2700-dən artıq bələdiyyənin əvəzinə 685 bələdiyyə fəaliyyət göstərir. Bu, əvvəlki bələdiyyələrin, eləcə də, bir neçə kənd, qəsəbə bələdiyyəsinin bir yerə birləşməsi yolu ilə formalaşıb.
Bu mənada kəndlərin birləşməsi də mümkündür. Bir sıra kəndlərin idarəetməsini daha da uğurlu etmək üçün bu addımlar atıla bilər. Amma hələlik bu məsələ gündəmdə deyil. Ola bilər, müvafiq qurumlar bununla bağlı araşdırmalar, müzakirələr aparır, bu haqda dəqiq bilgim yoxdur. Amma istənilən halda daha yaxşı idarəetməyə səbəb olacaqsa, bu məsələyə baxıla bilər”.
Deputat bildirib ki, əgər bunun effektivliyi təsdiqini taparsa, birləşdirilən ucqar kəndlər olacaq:
"Çünki hazırda tibb məntəqəsi, apteki, bankomatı olmayan, yolu çətin, bir çox xidmətlərdən istifadə edə bilməyən ucqar kəndlər var. Yəqin ki, birləşdirilən məhz belə kəndlər olacaq”.
Azərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR –AÇIQLAMA
26
fevral
15:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Azərbaycanda məktəbi və xəstəxanası olmayan kəndlər - Sakinlər atasının, anasının qəbrini qoyub köçəcək?
Elm və Təhsil Nazirliyinin mühüm strateji səhvi: Bu qərar qızların təhsil hüququnun pozulmasına səbəb olacaq - AÇIQLAMA
Prezident 2025-ci ilin prioritetini ELAN ETDİ - "Böyük Qayıdış proqramı"nın icrası SÜRƏTLƏNƏCƏK
Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI