“Kəndlərin birləşdirilməsi təbii şəkildə baş verməlidir. Çünki Azərbaycanın spesifik xüsusiyyəti var. Vətəndaşın atası, anası, babası həmin kənddə dəfn olunubsa, torpağa bağlılığı varsa, birləşdirməni zorla və yaxud siyasi qərarla etmək mümkün deyil”.
Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanın bölgələrində təhsil, səhiyyə və digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsindən danışarkən deyib.
O bildirib ki, bunu elə şəkildə etmək lazımdır ki, vətəndaşın özü də bu qərarla razılaşsın.
“Vətəndaş düşünsün ki, 8-10 evdən ibarət bir kənddə yaşamaqdansa, böyük qəsəbələrdə yaşamaq, ümumiyyətlə, iqtisadi fürsətləri, yeni əkin sahələrini əldə etmək, səhiyyə və digər infrastrukturdan daha yaxşı istifadə etmək lazımdır. Bunun üçün vətəndaşın özündə maraq olmalıdır.
Vətəndaşın razılığı olmada siyasi qərarla bu edilsə, doğru olmaz və etirazlar yaradar. Vətəndaşların bu istiqamətdə fikirlərinin yaranması üçün təşviq proqramlarına ehtiyac var.
Məsələn, 10 kənddir, hərəsində 5-10 ev var. Onları birləşdirib bir qəsəbə halına salmaq mümkündür. Bunun isə bir sıra üstünlükləri var. Bu üstünlüklər cəlbedici olsa, vətəndaş da məmnuniyyətlə, buna razılıq verəcəklər. Təkcə inzibati qərar olarsa, buna heç bir sakin razılıq verməyəcək.
Bunu da qeyd edim ki, Azərbaycanda urbanizasiya başa çatmayıb. Əhalinin 44 faizi kəndlərdə yaşayır. İnkişaf etmiş ölkələrdə bu rəqəm 8-12 faiz arası dəyişir. Lakin bu təbii üsullarla baş verməlidir. Böyük cəlbedici şəhərlər yarnmalıdır. Azərbaycanda isə bu istiqamətdə tək şəhər Bakıdır. İş yerləri, imkanlar, iqtisadi və mədəni infrastruktur buradadır. Sumqayıtla demək olar ki, Bakı birləşib. Sumqayıt Bakının bir peyk şəhərinə çevrilib. Belə olsa, Mingəçevir, Gəncə, Şəki, Lənkəran, Xankəndi cazibə mərkəzinə çevrilsə, Bakı kimi onların da ətrafında qəsəbələr yaranacaq və infrastruktur qurulacaq. Elə bir konsepsiya qurulmalıdır ki, Bakıdan əlavə cəlbedici bir neçə şəhər yarasın və onların ətrafında təbii yolla qəsəbələr, şəhərciklər yarana bilər. Bu məsələdə dövlətin dəstəyi vacibdir”.
Azərbaycanda məktəbi və xəstəxanası olmayan kəndlər - Sakinlər atasının, anasının qəbrini qoyub köçəcək?
22
fevral
20:35
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
Elm və Təhsil Nazirliyinin mühüm strateji səhvi: Bu qərar qızların təhsil hüququnun pozulmasına səbəb olacaq - AÇIQLAMA
SENSASİYA: Bu nazirlik LƏĞV OLUNUR, DGK və Dövlət Vergi Xidməti BİRLƏŞİR
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI