"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır.
Musavat.com-un məlumatına görə, bu barədə agentliyin saytında müraciət dərc olunub.
Agentliyin direktoru Mehman Əliyevin kollektiv adından yaydığı müraciətdə bildirib ki, "Turan" İA mövcud formatda fəaliyyətini maliyyə çətinlikləri ilə bağlı dayandırır.
“Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
Lakin bu gün qaçılmaz bir reallıqla üzləşirik: daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.
Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır.
Sizə - oxucularımıza - bizə göstərdiyiniz etimad və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Sizin marağınız və iştirakınız bizim fəaliyyətimizin əsas hərəkətverici qüvvəsi olub və biz bu yolda sizinlə yeni və daha mənalı şəkildə davam edəcəyimizə ümid edirik. Biz hazırkı modeldən geri çəkilsək də, əsas məqsədimizdən - mürəkkəbləşən dünyanı anlamağa kömək edən müstəqil səs olmaqdan imtina etmirik.
Turanın hekayəsi hələ bitməyib. Bizimlə qalın”.
SON DƏQİQƏ: "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır- MƏTN
13
fevral
15:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
ƏƏSMN-nin TENDER OYUNUNDA 1.2 milyona tikilən 20 evin HOQQASI: Satınalma ""İŞİ"nə girişən Mehman Məmmədov KİMDİR?
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI