Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni tenderlərinin nəticələrini açıqlayıb.
TİA.az xəbər verir ki, həmin tenderlər Qazilər və Çernobl əlillərinə avtomobillərin, habelə müharibə zamanı əlil olmuş şəxslərə mənzillərin verilməsini əhatə edir.
Rəsmi məlumatda bildirilir ki, nazirlik bununla əlaqədar iki tender keçirib. Onlardan biri birbana ƏƏSMN tərəfindən reallaşdırılıb. Həmin müsabiqənin nəticəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması nəzərdə tutulub. Bu məqsədlə isə Mehman Rza oğlu Məmmədovla 1.204.640 manatlıq satınalma müqaviləsi imzalanıb. Yəni, bir mənzil 60 min manata başa gələcək. Hərçənd ƏƏSMN bu məqsədlə 1.447.600 manat ayırmağı nəzərdə tutsa da, müqavilə bağlayan fiziki şəxs insaflı olub.
İkinci tenderi isə ƏƏSMN-in balansında olan Sosial Xidmətlər Agentliyi keçirib. Tribunainfo.az xəbər verir ki, həmin müsabiqəyə əsasən agentlik Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillər satın alınacaq. Bununla əlaqədar “AzərMaş Park” MMC ilə 682.500 manatlıq müqavilə imzalanıb. Həmin razılaşmaya əsasən MMC Agentliyə 39 avtomobil verəcək.
Tenderin qalibi olmuş “AzərMaş” MMC-nin avtomobil istehsalçısı olması bəlli məsələdir. Lakin mənzilləin inşası məsələsinin fiziki şəxsə verilməsi bir qədər qəribə görünür. Çünki ƏƏSMN bundan öncə də eyni şəxslə analoji tender razılaşması edib. Belə ki, bu ilin sentyabrında Mehman Məmmədov Tərtər rayonunda mənzillərin inşası üçün 1.667.520 manatlıq sifariş alıb. Amma bu da yekun deyil. Tribunainfo.az xəbər verir ki, 06.08.2024-cü il tarixdə nazirlik sözügerdən şəxslər daha bir tender anlaşması əldə edərək, 1.075.840 manat pul ayırıb.
Bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Satınalma Komissiyasının burada nə kimi qanun pozuntularına yol verdiyi açıq-aşkar görünür. Birinci bir mənbədən satınalma metodunun qanunla müəyyən edilmiş tələblərinə nəzər salaq. Qanunun 49-cu maddəsində göstərilir: 49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü ( Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər) maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər.
49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi fiziki şəxs Məmmədov Mehman Rza oğlu mənzillərin satın alınması üzrə konkret təchizatçı deyil, satınalma üzərində xüsusi hüquqlara da malik deyil və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedicisi və alternativi var. Digər tərəfdən elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.
Analoji qanun pozuntularına fiziki şəxs Məmmədov Mehman Rza oğlu bağlanan digər müqavilədə yol verilib. Elanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması qeyd olunub. Burada da mənzillərin harada və neçə nəfərə alınması dəqiq göstərilməyib. Amma qeyd etdiyimiz kimi anunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.
Açıq mənbələrdə qeyd edilir ki, Məmmədov Mehman Rza oğlu fiziki şəxs kimi Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu ərazi vahidi, Kövər kəndində qeydiyyata alınıb. Onun ikinci ünvanı Mirzəxan-Qaraqoyunlu ərazi vahidi, Təbriz kəndidir. Lakin Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Bərdə rayonunun bu kəndlərin seçicilərinin siyahəsə barədə heç bir məlumat yoxdu. Fiziki şəxs Məmmədov Mehman Rza oğlunun həqiqtəndə bu kəndlərin birində daimi pasport qeydiyyatında olub, olmaması bəlli deyil.
Eyni zamanda, Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
ƏƏSMN-nin TENDER OYUNUNDA 1.2 milyona tikilən 20 evin HOQQASI: Satınalma ""İŞİ"nə girişən Mehman Məmmədov KİMDİR?
28
noyabr
18:44

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ!
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI