Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində köhnə rəhbərliyin dövründə gediş haqqının süni şəkildə şişirdildiyi üzə çıxıb. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə çıxır ki, əgər qiymət süni şəkildə artırılıbsa, o zaman yenidən azaldıla bilər.
Bəs aidiyyəti qurum buna gedəcəkmi?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Hesablama Palatasının açıqladığı faktlar çox təsirlidir.
Onun fikrincə, gələcəkdə belə halların təkrarlanmaması üçün aidiyyəti qurumlar tərəfindən önləyici addımlar atılmalıdır:
“Yalnız metroda deyil, digər istənilən qurumda da belə hallarla rastlaşan zaman bunun qarşısını almaq üçün adekvat addımların atılması zəruridir. Gediş haqqının artırılması məsələsinə gəldikdə isə, “Bakı Metropoliteni” QSC bununla bağlı müəyyən vaxtlarda bir neçə dəfə Tarif Şurasına (TŞ) müraciət etmişdi. Sonuncu qiymət artımında artıq 50 qəpik təyin olundu. Bu da təbii ki, TŞ-nın qərarı ilə olur. Tarif Şurasında da məsələyə baxılır, aidiyyəti qurumla razılaşdırılır”.
A.Əsədov deyib ki, bundan sonra qiymətin endirilməsi çətin məsələdir:
“Çünki qarşıda 10 metro stansiyanın tikintisi nəzərdə tutulur. Bunlar da dövlət dotasiyaları hesabına həyata keçiriləcək. Burada qarşıda duran məsələlərdə daha çox maliyyənin tələb olunduğu üçün qiymətlərin enməsi Tarif Şurasından asılı bir qərardır. Digər bir məsələ isə hər hansı güzəştin tətbiq oluna bilməsi ilə bağlıdır. Biz də cəmiyyət olaraq gözləyirik ki, müəyyən şəxslərə güzəştlər olunsun. Belə olduğu təqdirdə vətəndaşlarımız da məmnun qalar”.
Metroda gediş haqqı AZALDILIR? – Tarif Şurasının qərarı ilə…
30
yanvar
15:55
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda böyük TƏHLÜKƏ... - Xəbərdarlıq edildi
Bakıda yeni MARŞRUT ŞƏBƏKƏSİ yaradılır: Avtobusların sayı 2500-ə ÇATDIRILACAQ
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Zaur Hüseynov YOLA SALINIR – Yerinə sürpriz NAMİZƏD VAR
Tarif Şurası QƏRAR VERDİ: Azərbaycanda Təbii qaz BAHALAŞDI – Yeni QİYMƏT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI