Bakı Metropoliteni QSC-də vaxtaşırı problemlər üzə çıxır. Onlardan biri də 19 oktyabrda “Nizami” – “28 May” tunel yolunda qatarın tüstüləməsidir. Bu isə vətəndaşlarda haqlı narahatlığa səbəb olur.
Baş verən hadisə ilk deyil. Ümumiyyətlə, Bakı Metropoliteni QSC-də vaxtaşırı ciddi problemlər yaranır, gecikmələr baş verir, nasazlıq səbəbi ilə qatarlar depoya göndərilir və s. Sözün əsl mənasında “Bakı Metropoliteni” can üstündədir. Köhnə infrastruktur, köhnə qatarlar artıq az qala hər kəsdə narahatlıq yaradır.
Maraqlıdır, “Bakı Metropoliteni” üçün dövlət ildə nə qədər vəsait ayırır? Onların gəliri və xərci nə qədərdir ki, vaxtaşırı problemlər yaşanır, amma qarşısı alınmır?
Ən əsası, köhnə qatar və struktur sonunda böyük faciə ilə nəticələnə bilərmi?
Kainat.tv xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında Bakı Metropoliteninin büdcədən ən çox dotasiya alan dövlət şirkətlərindən biri olduğunu açıqlayıb.
Onun sözlərinə görə, hər il maddi-texniki bazanın yaxşılaşdırılması üçün ayrıca dotasiyalar ayrılır:
“Əsas məsələ bu vəsaitlərin necə xərclənməsidir. Təəssüf ki, bununla bağlı problemlər var. Çünki ciddi monitorinqlər, yoxlamalar aparılmır. Zaman-zaman Hesablama Palatası müəyyən araşdırmalar aparır, onun da nəticələrini biz görmürük. Məsələ də bundan ibarətdir ki, ayrılan vəsait normal xərclənsə və xərclənməsi ilə bağlı problemlər olmasa, məncə, metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi daha keyfiyyətli olar. İnsanlar da bundan daha çox xeyir görər. Amma problem odur ki, bunların heç biri baş vermir.
Bütün dövlət və hökumət qurumların vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə çağırır. Lakin Bakıda olan tıxacların aqibəti hər kəsə məlumdur. Əgər Bakı Metropoliteni belə çalışırsa, gecikmələr, sıxlıq olursa, insanlar əziyyət çəkirsə, ictimai nəqliyyatdan necə istifadə etsinlər?! Bu da ciddi bir sual doğuran məsələlərdən biridir. Nəzərə almaq lazımdır ki, maddi-texniki bazanın köhnə olması gələcəkdə qəza problemləri yarada bilər”.
Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, metro ilə bağlı ciddi islahatlara ehtiyac var:
“Metronu dövlət nəzarətində saxlamaq şərti ilə onun inkişafı üçün dövlət tərəfindən maliyyə imkanları genişləndirilməlidir. Həm də metronun özünü dolandıra bilmə imkanları olmalıdır. Məsələn, metroda reklamlar, keçiddə ticarət və s. yaradılmalıdır”.
Ekspertin sözlərinə görə, metro hər zaman zərərə işləyən struktur olub:
“Çünki bu gün burada bir sərnişin daşınması 1 manat civarında başa gəlirsə, faktiki qiymət 50 qəpikdir. Yerdə qalan 50 qəpiyi dövlət onlara dotasiya şəklində tam ödəmir. Ona görə də çətinliklər yaranır. Uzun illər metronun inkişaf strategiyası olmayıb. Metropolitenin sabiq rəisi Tağı Əhmədovun vaxtında metro ən çökmə dövrünü yaşayıb. Adam hər şeydən pul qazanmağın yolunu bilib, buna uyğun davranıb. Ona görə də burada hansısa yenilik, fundamental dəyişiklik olmasa, vəziyyət bu cür də davam edəcək”.
E.Muradlı deyib ki, metropolitenə dövlət tərəfindən böyük maliyyə vəsaiti ayrılmalıdır:
“Qatarlar tam yenilənməlidir, metro stansiyalarının sayı sürətli şəkildə artırılmalıdır və daim dövlətin diqqəti, qayğısı metronun üzərində olmalıdır. Lakin dəstək olaraq digər yollar açılmalıdır ki, metro da başqa gəlir imkanları əldə etsin. Vaxtı ilə imkan var idi, o da Tağı Əhmədovun şəxsi büdcəsinə gedirdi. Ondan sonrakı dövrdə inkişaf mümkün olmayıb. Yəni qısa müddətdə bu qədər dəyişiklik mümkün deyildi. Son illər baxırıq, müəyyən işlər görülür, stansiyalar tikilir, yeni qatarlar alınır. Amma bu, kifayət deyil. 30-40 il müddətində istismar olunan qatarların hamısını birdən-birə yeniləmək olmur. Təsəvvür edin, Bakıya 60-a yaxın metro stansiyası lazımdır, cəmi 28 stansiyamız var. Görün, 60 olsa, hansı vəziyyətə düşərdik. Fikrimcə, müəyyən bir nəticəyə nail olmaq üçün fundamental dəyişikliklərə ehtiyac var”.
Bakı metrosunda böyük TƏHLÜKƏ... - Xəbərdarlıq edildi
22
oktyabr
12:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl haqda yayılan bu məlumat narahatlıq doğurdu – HƏBSLƏR OLACAQ?
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Tiflisdə XAOS, Türkiyədə yetişən YENİ DÖNƏM- biz də hazır olmalıyıq
"ZELENSKİ PLANI" qlobal fəlakət ssenarisinə çevrilir: Fransa Ukraynanın dağıdılmasını DƏSTƏKLƏDİ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ