"Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsinin “qara qutuları” Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb. Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib. Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, cinayət işinin tam aydınlanması üçün Qazaxıstanın obyektiv araşdırmaları da olduqca vacibdir:
“Rəsmi Astananın ədalətinə güvənirik. Həmçinin, son yayılan məlumatlara görə, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Azərbaycan dövlətinin qətiyyəti, Prezident İlham Əliyevin prinsipiallığı, hər zaman olduğu kimi, vətəndaşa verdiyi dəyər, törədilən cinayətlə bağlı tələblərini irəli sürməsi qarşı tərəfi çıxılmaz vəziyyətdə qoydu.
Doğrudur, Putin dekabrın 27-də təyyarə qəzasına görə üzr istəyərək, Rusiyanın hava məkanında faciəvi hadisənin baş verdiyini deyib. Şübhəsiz ki, bu, kifayət deyil. Dövlətimiz də bununla kifayətlənməyərək, mülki təyyarəmizi vuranların cəzalandırılmasını, Rusiyanın kompensasiya ödəməsini, ümumilikdə ədalətin rəsmi, hüquqi səviyyədə təmin olunmasını bir neçə dəfə qətiyyətlə tələb edib.
Düşünürəmki, Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsiylə bağlı cinayət işi yekunlaşan zaman Rusiya dövləti də öhdəliyinə düşən məsuliyyətə əməl etməlidir”.
YAP-çı deputat: “Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub”
29
yanvar
17:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Bakı "QARA QUTU"nu necə AÇDI: Əliyevin qətiyyəti GEOPOLİTİK BÖHRANI BLOKLADI
Təyyarəmizin vurulduğu TƏSDİQLƏNDİ: Bakı Kremlə MESAJ VERDİ
Əliyev ŞİFRƏLƏRİ AÇDI – Azərbaycan böyük TƏHLÜKƏDƏ: Xilas DÜSTURU…
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI