AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının surəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir. “Caliber” saytı isə mənbələrə istinadən yazır ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir.
Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutu”ların surəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar.
Lakin yayılan informasiyalarda diqqət çəkən məqamlar da var.
Birincisi: “məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək”.
İkincisi: 2020-ci il noyabrın 9-da Rusiya helkopterinin vurulmasında, eləcə də 2023-cü sentyabrında keçirilən antiterror əməliyyatları zamanı sülhməramlılara məxsus avtomobilin atəşə məruz qalmasında günahın rusiyalı hərbçilərdə olduğu, buna baxmayaraq, Azərbaycanın üzr istədiyi, təzminat ödədiyi və əlaqəli şəxsləri məsuliyyətlə cəlb etdiyinə dair məlumatlar mediada tirajlanıb.
Bu informasiyalar təsadüfi deyil: istisna deyil ki, “qara qutu”lar hər şeyi ortaya çıxarsa belə, Rusiyanın təyyarənin vurulması faktından boyun qaçırmaq istəkləri haqda Azərbaycanda məlumat var, Lavrovun “qara qutu”lar oxunmamışdan öncə – 14 yanvarda jurnalistlərə açıqlamasında “Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib” sözləri də bu kontekstdə diqqətəlayiqdir; gözlənilən bu cəhdlərə qarşı Moskvaya media üzərindən “həqiqətləri gizlətmə, təzminat ödə və günahkarları məsuliyyətə cəlb et” mesajı verilir;
Rusiya dezinformasiya taktikasına əl atsa belə, artıq qaçmağa yeri qalmayıb.
Asif Nərimanlı
Təyyarəmizin vurulduğu TƏSDİQLƏNDİ: Bakı Kremlə MESAJ VERDİ
25
yanvar
09:53
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bakı "QARA QUTU"nu necə AÇDI: Əliyevin qətiyyəti GEOPOLİTİK BÖHRANI BLOKLADI
“Pantsir” AZAL-ın təyyarəsini NECƏ VURUB? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR
TƏCİLİ! Təyyarəni Rusiyanın vurması TƏSDİQLƏNDİ - İSTİNTAQ ŞOK DETALLARI AÇIQLADI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI