Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.
 
Kainat.tv xəbər verir ki, bu barədə report-a qəzadan zərərçəkən sürücü məlumat verib.
 
Həmin şəxs bildirib ki, sürücü idarəetməni itirib və avtomobili zərblə bir neçə maşınla toqquşdurub. Sonra isə avtomobili 33-cü polis bölməsinin divarına çırpıb.
 
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.