İki gənci öldürən GÜRCÜ sürücü azərbaycanlılara söyüş söyüb.
Gürcüstanın Marneuli rayonunun Arıxlı kəndində iki gəncin ölümü ilə nəticələnən ağır yol qəzasından sonra gərginlik bu anlarda da davam edir.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı iki gənc avtomobilin vurması nəticəsində həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Qəzadan sonra vəziyyət daha da pisləşib, çünki sürücünün Azərbaycanlı əhalinin ünvanına təhqiramiz ifadələr işlətməsi kənddə qəzəb və etiraza səbəb olub.
Yerli əhali bildirir ki, qəzanı törədən sürücü Azərbaycanlı sakinləri təhqir edərək vəziyyəti daha da gərginləşdirib. Bu, kənd sakinlərinin etirazına səbəb olub və nəticədə kənddə gərginlik artıb. Hal-hazırda Arıxlı kəndində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.
Azərbaycanlı jurnalistə danışan kənd sakinləri baş verən hadisəni və etirazlarının səbəbini açıqlayıblar. Onlar qeyd edirlər ki, iki gəncin qanının yerdə qalmasını istəmirlər və ədalətin təmin olunmasını tələb edirlər. Kənd əhalisi həmçinin vurğulayıb ki, sürücünün təhqiramiz davranışı onların qəzəbini artırıb və bu səbəbdən də hadisəyə kəskin reaksiya göstəriblər.
Hazırda Arıxlı kəndində polis və əhali arasında gərginlik davam edir. Yerli sakinlər, həyatını itirən gənclərin, yaralanan digər sakinlərin ailələri və yaralananların yaxınları ədalət tələb edir. Kənd əhalisi sürücünün məsuliyyətə cəlb olunmasını və qanunun tam şəkildə tətbiq edilməsini istəyir.
Arıxlı kəndi AYAĞA QALXDI: Xüsusi təyinatlıları ilə TOQQUŞMA - VİDEO
31
dekabr
09:28
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI