Xırdalanda kişi özünü körpüdən atıb. 

Kainat.tv xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb. 

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramin Orucov körpüdən özünü atıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib. 

Faktla bağlı araşdırma aparılır. //lent.az