Türkiyənin pilotsuz təyyarələri Ermənistan səmasında görünüb.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.

“Hraparak” nəşri iddia edir ki, PUA-lar Ararat (Vedi rayonu) bölgəsində görünüb: “Sünikdə (Zəngəzur) PUA-ların tez-tez göründüyü haqda məlumatlar var”.

Erməni jurnalist Davit Qalstyan iddia edir ki, dekabrın 12-də Türkiyənin “Aksunqur” PUA-ları sərhəddə görünüb.

Ermənistan Müdafiə Nazirliyi bu məlumatları təkzib edib. “Hraparak” isə iddialarını bir qədər də şişirdərək yazır ki, erməni sərhədçilər Türkiyə PUA-larının göründüyünü Müdafiə Nazirliyinə məlumat verilsə də, yuxarıdan heç bir addımın atılmaması əmri verilib.

Bu iddiaların həqiqət payı olduqca azdır. Ermənistan mediası belə informasiyalardan Paşinyan hakimiyyətinə qarşı təbliğatda istifadə edir.