Ən yaxşı vaxtlarda Zəngəzurda maksimum 40 min insan yaşayırdı, indi məncə, orada daha az adam var. Zəngəzurun geniş ərazisində demək olar ki, yaşayış yoxdur, istənilən radikal üçün açıq hədəfdir.
Kainat.tv xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Modest Kolerov Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib.
Kolerov ermənilərin və Paşinyanın təhlükəni real dəyərləndirə bilmədiyini vurğulayıb:
“Paşinyan deyir ki, Ermənistan sovet sərhədlərini qorumalıdır, əks halda o, mövcudluğunu dayandıracaq. Bəs onda Dağlıq Qarabağa açıq şəkildə iddia edilən konstitusiyanı niyə dəyişdirmirsiniz? Hesab edirəm ki, Nikol Vovayeviç Ermənistan üçün təhlükəni adekvat qiymətləndirmir. Problem ondadır ki, konstitusiyanın bu maddəsi hərbi əməliyyatların davam etdirilməsinə imkan yaradır”.
Rus ekspert işarə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiasının qalması Bakı və Ankaraya özünü müdafiə üçün “bufer-zona” yaratmağa hüquqi əsas verir.
“Suriya timsalında gördük ki, ərazini işğal etmək üçün hərbi əməliyyatlara başlamaq lazım deyil. Bunun üçün “bufer-zona” demək kifayətdir, indi maraqlı tərəf Zəngəzuru “bufer-zona” adlandırıb ora girə bilər. Mən bilirəm ki, maraqlı tərəfləri Zəngəzuru “bufer-zona”ya çevirməyə İran mane olur. Ümumiyyətlə, Zəngəzurun faktiki olaraq Azərbaycana birləşməsinin önünü alan İrandır. Amma İran Suriyada ağır məğlubiyyətə uğradı və artıq bəziləri İranın zəiflədiyini düşünə bilər”. //BUTA.TV
Bakıya HÜQUQİ ƏSAS verirsiniz, Zəngəzuru ala bilər – RUS EKSPERT
15
dekabr
14:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Paşinyanın SÖZ OYUNU - Kazanda Əliyevə verdiyi o TƏKLİF...
Ermənistanda bitməyən ZƏNGƏZUR XOFU - “SEPAH 45 minlik ordu ilə...” - ŞOK DETALLAR
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
“Çinə Zəngəzur dəhlizi lazım deyil” İDDİASI - düşmənin XAM XƏYALI, yoxsa...
Suriyada aldığı zərbə İranın PLANINI POZDU - “Artıq ZƏNGƏZURDA...”
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI