Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E. Quliyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Yevlax rayon Qeydiyyat şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəisi E. Quliyev rüşvət alarkən yaxalanıb.
Elşən Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs edilib./Tns.az
Azərbaycanda rüşvət alan rəis həbs edildi
12
dekabr
14:06
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“BAKU STEEL COMPANY”nin milyonlarla pulunu kimlər ƏLƏ KEÇİRİB? - Qalmaqallı məhkəmə BAŞLADI
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
Ordudakı YEYİNTİ İŞİ: Mənimsənilmiş dövlət vəsaitindən nə qədəri QAYTARILIB?
Azərbaycanda generala 11 il 6 ay həbs cəzası VERİLDİ
At, eşşək və murdar ət satanlara BƏD XƏBƏR: 10 il HƏBS - Yeni cəzalar GƏLİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI