Suriyada baş verənlər fonunda Yaxın Şərqdə siyasi xəritənin dəyişə biləcəyi, yeni dövlətlərin, yaxud ən azı özünüidarəetmə çərçivəsində yeni muxtariyyətlərin ortaya çıxacağı görünür. Yaxın Şərqdə iştirakçı ölkələrin hər birinin dəstəklədiyi və maraqlarını onlar üzərindən həyata keçirdiyi yerli faktorlar var.
Azərbaycan üçün İraq və Suriyadakı türkmanlar (sayı 5,5 milyondan artıqdır) Yaxın Şərqin dəyişən xəritəsində əsas faktor ola bilər. Türk dünyasında ən çox bizə - Azərbaycana yaxınlığı ilə seçilən türkmanlar hələ 90-cı illərdə müstəqilliyin bərpasından sonra Bakı ilə daha sıx yaxınlaşmaq və müəyyən dəstək əldə etmək istəsə də, yeni qurulan və işğalla üzləşən Azərbaycan bunu edə bilmədi. Əvəzində Türkiyə daim türkmanlara dəstək verib. İndi Azərbaycan üçün türkmanları dəstəkləmək və Yaxın Şərqin siyasi xəritəsində iştirak etmək imkanı yaranıb. Bu kontekstdə İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehinin Bakıya səfəri xüsusilə əhəmiyyətlidir.
Salehi Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən konfransa İraq parlamentinin təmsilçisi kimi qatılsa da, verdiyi açıqlamalar türkmanların Azərbaycan üçün qapılarını açıq saxladıqlarını və müəyyən gözləntilərinin olduğunu göstərir. Azərbaycan 90-cı illərdə edə bilmədiklərini indi edərsə, bu həm tarixi bağların bərpası, həm də Yaxın Şərq siyasətində aktiv iştirak faktorunun əldə edilməsi baxımından strateji qazanc olar. Tarixi Azərbaycan imperiyasının uzandığı coğrafiyaya və mədəni, din, dil, ənənə bağlarına nəzər saldıqda, bu gün Suriya və İraqın – Yaxın Şərqin Bakıdan çox da uzaqda olmadığı görünür.
Asif Nərimanlı
Suriya PARÇALANIR: Azərbaycan Yaxın Şərqdə necə GÜCLƏNƏ BİLƏR?
08
dekabr
12:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI