Ölkə ərazisində hansı hallarda mülki dron qaldırıla bilər?
Kainat.tv bildirir ki, Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev deyib ki, mülki dronların istifadəsi zamanı mütləq aidiyyəti qurumlar xəbərdar edilməlidir:
“Nəzərə alınmalıdır ki, dronlar, PUA-lar mülki qurumlar tərəfindən istifadəsi və dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısna salınıb. Buna görə istifadə edilərkən 4 qurumdan icazə alınmalıdır:
- Dövlət Mülki Aviasiya Agentliyi
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi
- Dövlət Təhlükəsizliyi Xidməti
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti
Rejissorlar bu cihazlarla xüsusilə sərhədə yaxın birinci eşalon bölmələrimizin dislokasiya rayonlarına yaxın yerdə çəkiliş edirlərsə, mütləq bu barədə MN, DSX-yə məlumat verməlidirlər. Hətta birinci eşalon bölmələrimizin dislokasiya rayonlarında hərbçilər PUA uçduğunu görsələr, atəş aça bilərlər. Bu, təbiidir. Əgər hərbçi mülki dronun uçacağından məlumatlı deyilsə, onu düşmən obyekti kimi görüb vura bilər”.