Son günlər bəzi estetik həkimlərin diplomsuz çalışdığı iddia olunur. Onlardan biri də “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovadır. Belə ki, diplomu olmadığı deyilən Ü.İlyasovanın 14 noyabr tarixində qanunsuz apardığı cərrahi əməliyyat zamanı bir qadın ölüb.
Hər kəsi iki sual düşündürür:
1. Səhiyyə Nazirliyi bununla bağlı tədbir görəcəkmi?
2. Diplomsuz həkimlərə bu icazəni kim, hansı rəsmi qurum verir?
Kainat.tv xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən saytımıza bildirilib ki, məsələ cinayət tərkibli olduğundan bu hadisəni hüquq-mühafizə orqanları araşdırır.
Bundan başqa, araşdırmaların nəticəsi barədə məlumatları istintaq orqanının açıqlaya biləcəyi qeyd edilib:
“Əlavə olaraq qeyd etmək istərdik ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.
Qurumdan verilən məlumata görə, vətəndaşlar istənilən həkimlə bağlı nazirliyə sorğu ünvanlaya bilərlər:
“Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Belə olan halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama keçirilməsi barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinə ünvanladığımız “Diplomsuz həkimlər işlə necə təmin olunur?” sualı cavabsız qalıb.
Xatırladaq ki, sentyabr ayında estetik həkim Ülviyyə İlyasova polis nəzarətinə götürülmüşdü.
Ülviyyə İlyasova
Xatırladaq ki, Ülviyyə İlyasovanın pasiyentinin ölümü ilə bağlı məsələni ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova ictimailəşdirib. O, özünün sosial şəbəkə hesabında bununla bağlı video müraciət edib. Q.Ataşova bildirib ki, Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Jurnalistin iddiasına görə, noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib:
“1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə “Liv Bona Dea” Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib”.
Q.Ataşova bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyib.
Jurnalistin sözlərinə görə, bu faciənin ən düşündürücü tərəfi Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir:
“Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə “həkim” deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan “həkimlər” də qanun qarşısında cavab verməlidir.
Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?”.
Zaira Akifqızı
Xəstəxanalardakı “QƏSSAB”lara bıçağı KİM VERİR? – Nazirlik diplomsuz həkim sualından YAYINDI
26
noyabr
08:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Respublika Klinik Xəstəxanası "KÖÇDÜ", xəstələr Bilgəh-Bakı yolunda QALDILAR?
Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
Körpələrə qənim kəsilən KRİMİNAL DƏSTƏ - “Bakıda da var” İDDİASI
Göyüşov və oğlu haqda YENİ MƏLUMATLAR: Milyonluq layihələr, qaranlıq tenderlər...
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏYİB
- QADAĞA: ermənipərəst jurnalist Türkiyəyə BURAXILMADI
- “İran ilk nüvə silahını ƏLDƏ ETDİ” – Sensasion GƏLİŞMƏ
- 2025-ci illə bağlı XOŞ XƏBƏR: əməkhaqqı, pensiya, sosial vəziyyət... - SPİKER
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR