Yaxın Şərqdə baş verən hadisələr fonunda “kürd kartı”nın yenidən ortaya atıldığı iddia olunur. Xüsusilə ABŞ və Qərbin regionda kürd dövləti qurmaq planını aktivləşdirdiyi deyilir.
Bu məsələnin məhz türk birliyi, Turan ideyasına qarşı ortaya atıldığına dair səsləndirilən fikirlər xüsusi diqqət çəkir. Son zamanlarda Türkiyədə bəzi kürd vətəndaşların aksiyaları, separatçı qrupların aktivləşməsi, “müstəqil dövlət” çağırışları, həmçinin tanınmış xarici qonaqların onların sıx yaşadıqları bölgələrə səfəri iddiaları gücləndirir. Bəzi ekspertlərin fikrincə, bu yolla ilk olaraq Türkiyənin zəiflədilməsi, daha sonra isə türk birliyinin parçalanmasının planlaşdırıldığı bildirilir.
Kürd məsələsi sadəcə Türkiyəyə, yoxsa bütün türk dünyasına qarşı gedişdir? Bu mövzuya türk-müsəlman, eləcə də İranın, ərəb ölkələrinin reaksiyası necədir?
Kainat.tv bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Suriyada çox ciddi proseslər baş verir:
“Bu ölkədəki hadisələrlə Yaxın Şərqdə faktiki olaraq üçüncü dəfə zəlzələ effekti oldu. Birincisi, HƏMAS-İsrail müharibəsi, ikincisi “Hizbullah”-İsrail qarşıdurması idi.
Görünən odur ki, dünyanı yenidən bölüşdürən qüvvələr, o cümlədən, ABŞ Yaxın Şərqə xüsusilə diqqət ayırır. Düşünürəm ki, Yaxın Şərqdə vəziyyət daha da gərginləşərsə, buna uyğun olaraq Şərqi Avropada vəziyyət nisbətən sabitləşə bilər”.
K.Novruzovun sözlərinə görə, Qərb, həmçinin ABŞ Türkiyə üçün növbəti təzyiq mexanizmi yaratmaq istəyir:
“Amma rəsmi Ankara buna icazə verməyəcək və öz təhlükəsizliyi üçün hər şeyi edəcək. Həm Türkiyənin, həm də İranın Suriyaya qoşun göndərməsi mümkündür. Hərçənd tələsik addım atılmayacaq. Bundan əvvəl Ankara-Moskva-Tehran xəttində üçtərəfli məsləhətləşmələr baş tutacaq”.
Bir regionda üç MÜHARİBƏ: Ən riskli kart masaya ATILDI – Savaş Turana SIÇRAYIR?
05
dekabr
13:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI