Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiq edib.
Kainat.tv xəbər verir ki, qərar 24.11.2024 tarixdən qüvvəyə minib.
Qərara əsasən, "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarının fəaliyyəti ciddi şəkildə tənzimlənir.
Belə ki, bundan sonra "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə bilərlər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.
Borcun qaytarılma müddəti də 45 gün olmalıdır.
Vətənşlar məsələ ilə bağlı Milli.Az-a müraciət edərək bildirirlər ki, qərar qəbul olunsa da bəzi bank olmayan kredit təşkilatları qaydalara əməl etmir və hələ də yüksək faizlə kredit təklif edirlər.
Məsələni dəqiqləşdirmək üçün "Azpulmat" və "Manato" ilə əlaqə saxladıq.
"Azpulmat"-dan bildirildi ki, onlar hələ də köhnə qayda ilə çalışırlar, səbəb kimi də onu əsas göstərdilər ki, yeni qərar hələ qanuni qüvvəyə minməyib.
Hazırda "Azpulmat"-da 70 manat kredit üçün günlük 1 manat 20 qəpik hesbalanır. Yeni qaydaya əsasən isə bu rəqəm 21 qəpikdən çox ola bilməz.
"Manato"da oxşar cavabı aldıq. Şirkətdən bildirildi ki, yeni qayda hələ qüvvəyə minməyib, buna görə də köhnə qayda ilə çalışırlar.
"Manato"da 500 manat kredit üçün 30 gün ərzində 112 manat faiz hesablandı. Yeni qaydaya əsasən isə bu rəqəm 45 manatdan çox ola bilməz.
"Azpulmat" və "Manato" qaydaya ƏMƏL ETMİR: Faizlər hələ də YÜKSƏKDİ
05
dekabr
09:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI