Azad Suriya Ordusunun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-ın “kürd dəhlizi” planına ciddi əngəl yaradır: illərdir gündəmdə olan bu planın icrası xüsusilə Trampın dövründə aktual olub və yenidən aktuallaşacağı gözləniləndir; PYD/YPG terror təşkilatının rəhbərliyinin Trampın andiçmə mərasiminə dəvət edilməsi də bundan xəbər verir.
Belə görünür ki, Türkiyə mümkün risklərə qarşı bütün şərtlərin xeyrinə olduğu mövcud vəziyyətdən istifadə edir. Hərçənd, Türkiyənin rəsmi mövqeyi – “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının hücumları ilə bağlı sərgilədiyi münasibət Ankaranın baş verənlərdə maraqlı olmadığı görüntüsü yaradır. İstisna deyil ki, diplomatik manevr olan belə mövqenin məqsədi də elə görüntü yaratmaqdır, çünki Əsəd rejiminə qarşı hücumlar Rusiya və İranla üz-üzə gəlmək deməkdir, Ankara maksimum bundan yayınmağa çalışır.
Lakin HTŞ-nin hücumları Türkiyə ilə yanaşı, ABŞ və İsrailə də sərf edir. Bu baxımdan, maraqlar və pərdəarxası oyunçular mürəkkəb görünür. Baş verənlərdə aydınlaşdırıcı məqam HTŞ-nin PYD/YPG-yə qarşı atacağı addımlar, yaxud Əsəd rejiminə qarşı əməliyyatının terror təşkilatının Suriyadakı mövqelərinə necə təsir edəcəyi olacaq.
Bütöv pazlda baxdıqda Suriyada Əsədlə bağlı yarımçıq qalmış işin tamamlanması prosesi əslində dəhlizlər uğrunda mübarizənin tərkib hissəsidir və burada həlledici amil olacaq kürd faktoru üzərində cəbhələşmə görünəndən daha mürəkkəbdir.
Asif Nərimanlı
Dəhliz planı TƏHLÜKƏDƏ: kritik şəhərTUTULDU: – Türkiyə isə…
02
dekabr
13:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mürəkkəb və PƏRDƏARXASI SAVAŞ: Suriyada əslində nə baş verir? - TƏHLİL
Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
Tarixi şəhər uğrunda ölüm-dirim mübarizəsi BAŞLADI – Türkiyə üçün KRİTİK SAATLAR
Fırtına yaxınlaşır: üç yeni dövlət YARADILACAQ - Qardaş ölkə TƏHLÜKƏDƏ
Hələb ətrafında QANLI SAVAŞ: Bəşər Əsədin və Suriyanın taleyi HƏLL OLUNUR - Türkiyənin maraqları...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI