Suriya Prezidenti Bəşər Əsəd bundan öncəki müharibədən İran və Rusiyanın yardımı sayəsində salamat çıxmışdı, amma indi artıq o tək qalıb.
Kainat.tv xəbər verir ki, bunu amerikalı analitik Coşua Landis deyib.
Onun sözlərinə görə, Əsədin ən böyük dəstəkçisi olan Rusiyanın başı Ukraynada öz müharibəsinə qarışıb. Ekspert bildirib ki, yerdəki durumdan istifadə edən “Heyət Təhrir əl-Şam”ın rəhbərliyi altında fəaliyyət göstərən anti-rejim qrupları son 4 ildə ilk dəfə ön xətdə böyük irəliləyişə nail olub və durum köklü şəkildə dəyişib.
AFP-nin məlumatına görə, Əsəd ölkənin ikinci böyük şəhəri Hələbi itirdikdən sonra kənardan dəstək istəyib.
Suriya lideri bu günlərdə “müttəfiqlər və dostlar”ın əhəmiyyətini vurğulasa da, amerikalı ekspert Aron Şteyn vəziyyətin onun üçün ürəkaçan olmadığını deyib:
“Rusiyanın bölgədəki varlığı nəzərəçarpacaq dərəcədə azalıb, bu səbəbdən operativ hava hücumları məhduddur. Hələbsiz bir hökumət funksional ola bilməyəcək”.
Britaniya Xarici İşlər Nazirliyi də Suriyadakı mövcud vəziyyətin Əsəd rejiminin siyasi proseslərdə iştirakdan daim imtina etməsi səbəbindən yarandığını bəyan edib.
“Əsəd rejiminin siyasi proseslərə qatılmaqdan israrla imtina etməsi, Rusiya və İrana arxalanması son hadisələr üçün zəmin yaratdı”, - bəyanatda belə deyilir. //Teleqraf.com
Əsədə gözlənilməz ZƏRBƏ: İki müttəfiqi birdən GERİ ÇƏKİLDİ
02
dekabr
11:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hələb ətrafında QANLI SAVAŞ: Bəşər Əsədin və Suriyanın taleyi HƏLL OLUNUR - Türkiyənin maraqları...
Tarixi şəhər uğrunda ölüm-dirim mübarizəsi BAŞLADI – Türkiyə üçün KRİTİK SAATLAR
Qoruyanlar olmasa, böyük dövlətlər kiçikləri bir-bir UDARLAR...
Rusiyaya yeni cəbhə AÇILDI: Kreml NƏ EDƏCƏK?
Suriya və İrana ölümcül ZƏRBƏ: Darmadağınla ƏLƏ KEÇİRİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI