İranın son günlərdə İsrailin strateji əhəmiyyətli Dimona və Arad şəhərlərinə endirdiyi raket zərbələri ölkənin "keçilməz" hesab edilən hava hücumundan müdafiə (HHM) sistemində ciddi boşluqların olduğunu üzə çıxarıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, "Washington Post" nəşri bu uğursuzluğun İsrailin uzunmüddətli müharibə aparmaq qabiliyyətini və raket əleyhinə ehtiyatlarının kifayət qədər olub-olmamasını ciddi sual altına qoyduğunu yazır. Məlumata görə, İranın ballistik raketləri müdafiə səddini keçərək birbaşa mülki yaşayış binalarına düşüb, nəticədə 115-dən çox insan yaralanıb, onlardan 11-nin vəziyyəti ağırdır. Xüsusilə nüvə tədqiqat mərkəzinin yerləşdiyi Dimona şəhərinin hədəf alınması və raketlərin qarşısının alına bilinməməsi İsrail hərbi rəhbərliyində böyük narahatlıq yaradıb.
Nəşr qeyd edir ki, İsrailin çoxlaylı müdafiə sistemi ("Dəmir Qübbə", "Davudun sapanı", "Ox-3") yüksək texnologiyalı olsa da, "hermetik" (tam qapalı) deyil. İsrailin keçmiş təhlükəsizlik rəsmisi xəbərdarlıq edib: "İsrail müdafiəsi eyni anda atılan 3,000–5,000 raketin qarşısını almaq gücündə deyil".
Hazırda əsas problem raketlərin qiymətindən (bir "Ox" raketi təxminən 3 milyon dollardır) daha çox, onların ehtiyatda neçə ədəd qalmasıdır. Mənbələr bildirir ki, raketlərin istehsalı illər tələb edir, lakin döyüş meydanında onlar bir neçə dəqiqə ərzində tükənir. ABŞ-ın THAAD sistemlərinin də Arad üzərindəki raketləri vura bilməməsi müttəfiqlərin ümumi müdafiə strategiyasındakı zəif nöqtələri ifşa edib. İsrail ordusu (SAXAL) hazırda bu uğursuzluğun səbəblərini araşdırır və vətəndaşları sığınacaqlardan istifadə qaydalarına ciddi əməl etməyə çağırır.
Raketlər TÜKƏNİR, xəstəxanalar DOLUR: İsrailin müdafiə səddində "ÖLÜMCÜL" BOŞLUQ
26
mart
17:54
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Ukraynaya DƏHŞƏTLİ HÜCUM - Rusiya BU RAKETLƏRDƏN istifadə edir
Azərbaycanda ŞİRİN SU EHTİYATLARI azalır: bizi BÖYÜK PROBLEM gözləyir - ŞOK RƏQƏMLƏR
“Pantsir” AZAL-ın təyyarəsini NECƏ VURUB? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI