Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Paşinyan bildirib ki, “bu məsələ hökumətin gündəliyinə daxil edilib”.
Sülh sazişinin imzalanması Ermənistan hakimiyyətinin seçkidə mövqelərini gücləndirə, revanşistlərin anti-sülh gündəliyinə əsaslanan proqramlarını sıradan çıxara bilər. Bakı-İrəvan xəttində razılaşmalar da sülh sazişinin imzalanmasının önünü açır:
- Əsas ziddiyyətli məsələ olan Zəngəzur dəhlizi həll edilib: Vaşinqton anlaşmalarından sonra ABŞ-Ermənistan TRİPP müqaviləsində layihənin icrası öz əksini tapır; ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasında da Naxçıvana maneəsiz bağlantının açılması qeyd olunur;
- Sərhədin delimitasiyası ilə bağlı prinsipial razılaşma var: tərəflər mübahisəli məsələlələri sülh yolu ilə həll edəcəklər;
- İkitərəfli ticarət əlaqələri qurulub və genişlənməsi perspektivləri mövcuddur;
Bu mənzərə fonunda sazişin Ermənistandakı seçkilərdən öncə imzalanması imkanları görünür. Seçkidə Paşinyanın qalib gəlməsi razılaşmaların icrası, ümumilikdə regional sülhün əldə edilməsi baxımından vacib olduğunu nəzərə alsaq, Bakının sazişlə İrəvana jest etməsi ssenarisi məqbul hesab oluna bilər. Hərçənd, yekun sülh sazişinin önündə əngəl olan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası tərəddüdlər yaradır.
Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir: paraflanan sülh sazişi layihəsində “sazişin daxili qanunvericilikdən üstün olması”nı əsas gətirərək, konstitusiya dəyişmədən imzalanmanın reallaşmasını mümkün hesab edirlər, eyni zamanda, seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyi vədini verirlər.
Azərbaycanın bununla bağlı haqlı tərəddüdləri var.
Birincisi, Paşinyanın mövqeləri güclü olsa da, seçkidə qalib gəlməsi aksioma deyil, həmçinin, seçkilərə müdaxilə fors-major situasiya yarada bilər;
İkincisi, Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra vədinə nə qədər sadiq qalacağı sual altındadır, tarixi təcrübə Ermənistana bel bağlamağın təhlükəli olduğunu ispatlayıb;
Bu baxımdan, seçkidən öncə - Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadan sülh sazişinin imzalanması risklidir.
Asif Nərimanlı
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir? - DETALLAR
12
fevral
13:08
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
Paşinyanın SÖZ OYUNU - Kazanda Əliyevə verdiyi o TƏKLİF...
Bakı və Vaşinqton STRATEJİ TƏRƏFDAŞLIĞI rəsmiləşdirdi - STX-nin şifrələri - TƏHLİL
Paşinyan “YAXINLAŞAN FƏLAKƏT” mesajı verdi: Türk İttifaqı tezliklə HƏRƏKƏTƏ KEÇƏCƏK və...
Əliyev NÖQTƏ QOYDU - Azərbaycandan Azərbaycana MANEƏSİZ KEÇİD...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI