"Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur".
Kainat.tv "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə 2019-cu ildə göndərilən yüklərin həcmi ilə müqayisədə 2024-cü ildə beş dəfəyə qədər artım əldə olunub:
"2024-cü ildə 358 blok qatar Çindən Avropa istiqamətində göndərilib. Bu, həm də Azərbaycanın Orta Dəhlizdəki artan nüfuzuna işarədir. Biz hesab edirik ki, bu sahədə bizim hələ də daha geniş potensialımız və imkanlarımız var. Avropa ilə Çin arasında olan ticarət əlaqələrinin cari həcmi və gələcək perspektivi, eləcə də bizim bu sahədə aparılan və genişləndirilən islahatlar bunu deməyə imkan verir".
O qeyd edib ki, Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşımalarının həyata keçirilməsində mühüm strateji əhəmiyyətə malik layihədir:
"Azərbaycan ərazisi üzrə dəhlizin işləri gələn il ərzində tamamlanması nəzərdə tutulur. Zəngəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizdə əlavə 15 milyon ton yük daşınacaq".
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə zaman tamamlanacaq?
09
sentyabr
13:24
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
“Öyün yıxılsın, denən öldürməmişəm” – Dəhşətli qətlin üstünü açan SƏS YAZISI, FOTOLAR
COP29 çərçivəsində tarixdə İLK YAŞANDI
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI