Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir.
Bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda sədr Sahibə Qafarova deyib.“Prezident İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, keçirilən görüşlərə görə əminliklə deyə bilərik ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətləri prinsipiallığı, diplomatik məharəti, cəsarətidir. Vaşinqton razılaşmaları da məhz bu kontekstdən qiymətləndirilməlidir!”, - deyə spiker vurğulayıb.
Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyələndirilməlidir: “Bu məsələdə Prezident Trampın sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı. Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra sülh diplomatiyasının məntiqi sonluğa çatdırılması ilə də səciyyələndirilən hadisə oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması haqq-ədaləti özündə ehtiva edir. Bu hadisə bizim regionumuzda yeni üfüqlər açır. Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq Zəngəzur dəhlizinin reallaşdırılması da tarixi əhəmiyyət daşıyır. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişir. Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsinə əsaslı yeniliklər gətirəcək. Bu dəhlizin “Tramp marşrutu” adlandırılması da təsadüfi deyil. Cənubi Qafqazda sühün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici məqam oldu”.
Kainat.tv
Spiker: Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir
09
sentyabr
13:12
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI