Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev maraqlı məqamlara toxunub:

“İran əslində birmənalı şəkildə ABŞ-la nüvə danışıqlarına getmək istəmir. Bu, daha çox İran dini liderinin istəyi ilə bağlı bir məsələdir. Amma maraqlısı odur ki, İranda Ali rəhbər istəməsə də, prezident Pezeşkian bunda maraqlıdır görüntüsü yaratmağa çalışırlar. Reallıq isə ondan ibarətdir ki, İranda bütün qərarları Ali rəhbər verir. Belə olan halda Tehran nüvə sazişində maraqlı deyil. Bu məsələnin tənzimlənməsi əslində çox çətin görünür. ABŞ-ın bu istiqamətdəki təkliflərinin də İran tərəfindən qəbul ediləcəyi real deyil. Proses bu cür davam edərsə, şübhəsiz ki, İran və ABŞ arasında gərginlik artacaq. Hətta gələcəkdə məsələnin İrana hərbi müdaxiləyə qədər gedib çıxacağı gözləniləndir”.