Rusiyada yaşayan azərbaycanlılar, xüsusilə əmək miqrantları və həmin ölkənin vətəndaşı olan soydaşlarımız açıq hədəfdədir. Bir müddətdir, onlarla bağlı eşitdiyimiz məlumatlar elə də ürəkaçan deyil. Tver vilayətində azərbaycanlılara qarşı əməliyyatın keçirilməsi, yaxud Rusiya Milli Qvardiyasının döyüşçüləri və digər hüquq-mühafizə orqanlarının Azərbaycan vətəndaşı olan 6 nəfəri saxlaması da bunu sübut edir.
Hətta “Rus Evi”nin fəaliyyətinin dayandırılmasından sonra “Tsarqrad” media qrupunun təsisçisi Konstantin Malofeyev təklif edib ki, azərbaycanlılara məxsus “Sadovod” və “Food City” ilə bağlı da eyni addım atılsın.
Rusiyada yaşayan soydaşlarımızı necə qoruya bilərik? Milyarderlər, iş adamları da təhlükə altındadır?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Rusiyada yaşayan azərbaycanlıları müdafiə etməyin müxtəlif yolları var.
Onun sözlərinə görə, ilk növbədə səfirlik bununla məşğul olmalıdır:
“Biri var Rusiyada miqrant kimi yaşayanlar, biri də var oranın vətəndaşlığını qəbul edənlər. Məsələn, səfirlik rus pasportu ilə yaşayan azərbaycanlılara köməklik göstərməkdə çətinlik çəkəcək. Amma Azərbaycan vətəndaşları üçün nəsə edə bilərlər. Vətəndaşlarımız səfirliyə müraciət etsələr, o zaman qurum Xarici İşlər Nazirliyi (XİN) ilə danışıqlar aparmalıdır. Bundan sonra müxtəlif orqanlarla əlaqə saxlanılmalı, lazımi addımlar atılmalıdır. Səfirliyin gücü çatmasa, artıq Azərbaycan hökumətinə xəbər verilməlidir. Beləliklə, dövlət bu məsələni hökumətlər səviyyəsində qaldırmış olacaq”.
E.Məmmədyarovun fikrincə, Rusiya Azərbaycandan üzr istəyəcək:
“Baş verən məlum təyyarə qəzası ilə bağlı araşdırma davam edir. İstintaq bitdikdən sonra məhkəməyə müraciət olunacaq. Artıq o zaman Rusiyaya bildiriləcək ki, məhkəmə bunu təsdiq edir, bu işdə əli olanlar cəzalandırılmalı, kompensasiya ödənilməlidir və sair. Rusiya istintaq yekunlaşmamış məsələni üzərinə götürmək istəmir. Düşünürəm ki, sonda rəsmi Moskva günahını qəbul edəcək, işin içində olan adamlar cəzalandırılacaq, hətta kompensasiya ödənilərək üzr də istəniləcək”.
Sabiq nazir “Sadovod” və “Food City” ilə bağlı məsələyə də münasibət bildirib:
“Burada vətəndaşlıq böyük rol oynayır. Həmin şəxslər Rusiya vətəndaşlarıdırsa, qanunvericiliyə uyğun addım atmalı, aidiyyəti qurumlara müraciət etməlidirlər”.
Rusiya hərəkətə keçdi: Azərbaycanlılar təhlükədə – Sabiq nazir çağırış etdi
13
fevral
10:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rusiyada Azərbaycana “CAVAB TƏDBİRLƏRİ” başladı – Malofeyev ELAN ETDİ
Bakıda Oleq Bakinskinin adı qarışan işdə SENSASİON DETAL açıqlandı
Rusiyanın ölkəmizdəki RUPORU — “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Azərbaycanda hərbi çağırış yaşı AZALDILIR: Yeni dəyişiklik TƏKLİF OLUNUB
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI