Çin Panama kanalının beynəlxalq hüquqi rejiminə əməl edir və onun tənzimlənməsinə mane olmur.
Kainat.tv xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyi çıxış edib.
Nazirliyin sözçüsü Mao Ninq deyib:
"Çin Panama kanalı üzərində həmişə Panama dövlətinin suverenliyinə hörmət edib və biz bu su yolunun neytrallığını tanıyırıq. Çin Panama kanalına nəzarətdə iştirak etməyib və heç vaxt bu işlərə qarışmayıb".
Çin xarici siyasət idarəsi kanalın Panama dövlətinin nəzarəti altında olduğuna və bundan sonra da belə qalacağına əmin olan Panama prezidenti Xose Raul Mulino ilə də razılaşdığını elan edib.
Xatırladaq ki, Panama prezidenti bildirib ki, "dünyanın heç bir ölkəsinin rəhbərliyi bizim administrasiyamızın işinə qarışmır".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp inauqurasiya nitqində deyib ki, Panama hakimiyyəti Panama kanalını idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək:
"Ən önəmlisi odur ki, Çin kanala nəzarət edir. Biz kanalı Çinə verməmişik, Panamaya vermişik, geri də alacağıq".
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bu problemin mövcudluğundan danışmışdı. O, ABŞ Senatında keçirilən dinləmələrdə deyib: "Çin şirkətləri kanalın hər iki tərəfindəki liman infrastrukturuna nəzarət edir".
Musavat.com
Çindən SƏRT BƏYANAT - ABŞ isə "Biz kanalı Çinə verməmişik, Panamaya vermişik, geri də alacağıq"
22
yanvar
20:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tramp Avropa Birliyinə SAVAŞ AÇIR: Ağ Evin yeni sahibi NATO-nu TƏHDİD EDİR
Tramp qorxunc STRATEJİ PLANINA bəhanə tapdı: NATO yox ediləcək, Avropa Birliyi DAĞIDILACAQ
Yeni planlarla QAYITDI – Trampın Azərbaycan və dünya siyasəti NECƏ OLACAQ?
Növbəti 4 illik marafonda AZƏRBAYCAN XƏTTİ: Trampın rəsmi Bakı ilə bağlı PLANI BELƏDİR
Tramp nə edəcək, BAYDENİN DAVAMI, YOXSA...? - Onun VƏDİ öz aktuallığını İTİRİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI